Dekabrda psixoloqların diaqnostik qiymətləndirilməsi keçiriləcək | Təhsil Elanları
Dekabrda psixoloqların diaqnostik qiymətləndirilməsi keçiriləcək
Bölmə:Xəbərlər 217 dəfə oxunub
18.11.2019

Dövlət ümumi təhsil müəssisələrində çalışan psixoloqların bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi keçiriləcək. Diaqnostik qiymətləndirilmənin cari ilin dekabr ayında keçirilməsi nəzərdə tutulub.

Diaqnostik qiymətləndirilmə zamanı psixoloqlara 60 test tapşırığı təqdim olunacaq. Namizədlər imtahan zamanı 90 dəqiqə ərzində test tapşırıqlarını cavablandıracaqlar. Hər düzgün cavab 1 balla qiymətləndiriləcək.