CFA Açıq Dərs - 2 - ÖDƏNİŞSİZ | Təhsil Elanları
CFA Açıq Dərs - 2 - ÖDƏNİŞSİZ
Bölmə:Təlimlər / Trainings 1512 dəfə oxunub
11.11.2019

CFA imtahanlarına olan marağınızı nəzərə alıb, sizi yenidən açıq dərsə dəvət edirik. Dərs zamanı imtahan taktikaları və qaydaları, təlim modulları, effektiv mənimsəmə üslubları və prioritetləri barədə ətraflı məlumat əldə edəcəksiniz. O cümlədən təlimçi Hikmət Sultanov tərəfindən CFA əsas mövzularından biri olan "Time value of money" mövzusunda master class təşkil ediləcək. Metodiki üslubu mənimsəmək istəyən hər kəs dəvətlidir.

 İştirak etmək istəyənlərdən, qeyd olunan linkdən qeydiyyat keçməsi xahiş olunur : https://forms.gle/msfoKNSrv8xmMNku8

Təlimçi haqqında məlumat:
 Hikmət Sultanov “New York Qiymətli Kağızları Analitikləri Cəmiyyəti” - nin üzvüdür.
 2014-cü ildə 3-cü imtahanı uğurla başa vuran Hikmət Sultanov əmək fəaliyyəti dövründə Mərkəzi Bankda “Portfel menecer”, Yeni Həyat şirkətlər qrupunda “baş analitik” vəzifələrində çalışıb.
Hikmət Sultanov “CFA Level 1”-in əhəmiyyətli mövzusu "Time value of money" barədə 15 illik iş təcrübəsini tam praktik biliklər əsasında sizinlə bölüşəcək.