Beş gün dərs olmayacaq | Təhsil Elanları
Beş gün dərs olmayacaq
Bölmə:Xəbərlər 379 dəfə oxunub
11.11.2019

Azərbaycanda fəaliyyət göstərən məktəblərdə payız tətilinə az qalıb. Noyabrın 16-dan ümumi təhsil müəssisələrində 2019-2020-ci tədris ili üzrə payız tətili başlayır.

“Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”nə əsasən, 16-20 noyabrda ümumtəhsil məktəblərində beş günlük payız tətili olacaq.

Məktəblərdə tədris ilinin beş günlük növbəti – qış tətilinin müddəti isə 27-31 yanvarda nəzərdə tutulub.

Qeyd edək ki, 1-5 mayda ibtidai siniflər üçün beş günlük əlavə yaz tətili müəyyən edilir.