İşə götürülmə üzrə kvotaya nəzarət elektron qaydada olacaq | Təhsil Elanları
İşə götürülmə üzrə kvotaya nəzarət elektron qaydada olacaq
Bölmə:Xəbərlər 251 dəfə oxunub
08.11.2019

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yeni yaradılan “Məşğulluq” alt sistemi vasitəsilə müəssisələrdə müəyyən kateqoriyalı şəxslərin işə götürülməsi üçün müəyyən edilən kvotaya nəzarət elektron qaydada həyata keçiriləcək.
“Report” xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Əliyev deyib.
Onun sözlərinə görə, mövcud qanunvericiliyə əsasən, xüsusi qayğıya ehtiyacı olan şəxslərin, xüsusilə əlilliyi olan şəxslərin işə qəbulu kvota əsasında həyata keçirilir: “Bu kvota müəssisələrdəki iş yerlərinin 5 faizi həcmində müəyyən edilib. Yerli məşğulluq xidməti tərəfindən yerlərdə məşğulluq proqramları həyata keçirilir. Həmin proqramlarda bu kvotaya aid olan müəssisələrin siyahısı müəyyən olunur və kvota əsasında şəxslərin işə qəbulu aparılır. Biz deyə bilərik ki, bu sahədə işlər aparılır və ciddi problem yoxdur” .
Nazir müavini əlavə edib ki, həm “Məşğulluq haqqında” qanun, həm də ƏƏSMN-nin “Məşğulluq” alt sistemi işəgötürənlər üçün ona təklif olunan namizədlərin məcburi qaydada işə qəbul olunması üçün heç bir mexanizm yaratmayıb: “Söhbət ondan gedir ki, istənilən işaxtaran şəxslə bağlı məlumat işəgötürənlərin şəxsi kabinetinə göndərilir. İşəgötürən namizədi bəyəndiyi təqdirdə göndərişi təsdiq edir”.