Dövlət qulluğuna qəbul olmaq istəyənlərin nəzərinə! - DƏYİŞİKLİK | Təhsil Elanları
Dövlət qulluğuna qəbul olmaq istəyənlərin nəzərinə! - DƏYİŞİKLİK
Bölmə:Dövlət qulluğu 910 dəfə oxunub
08.11.2019

Dövlət qulluğuna qəbul üçün qeydə alınmış namizədlərlə müsahibələrin keçirilmə qrafiki və nəticələrinin öyrənilməsi cədvəlində müəyyən dəyişiklik edilmişdir

Belə ki, müsabiqə üzrə müsahibə və ümumi müsahibələrin keçirilmə qrafiki və müsahibənin nəticələri cədvəlində məxfiliyi təmin etmək məqsədi ilə namizədin soyadı, adı və ata adı yerinə onun şəxsi kabinetinin nömrəsi qeyd olunmuşdur. Namizəd müsahibələrin nəticələri ilə tanış olmaq üçün öz şəxsi kabinet nömrəsini bilməlidir. Namizəd kabinet nömrəsini öz şəxsi kabinetinə daxil olaraq əldə edə bilər.