KPMG Azərbaycan şirkətinin UNEC-də Karyera Günü - Qeydiyyat başladı | Təhsil Elanları
KPMG Azərbaycan şirkətinin UNEC-də Karyera Günü - Qeydiyyat başladı
Bölmə:Elanlar 512 dəfə oxunub
06.11.2019

Noyabrın 22-də UNEC Karyera Mərkəzi və KPMG Azərbaycan şirkəti birgə “Karyera günü” keçirəcək.
“Karyera günü”ndə KPMG Azərbaycan şirkətinin karyera imkanları və işə qəbul qaydaları barədə ətraflı məlumat veriləcək. İştirakçılar şirkətdə işə qəbul üçün test imtahanından (Numerical Reasoning Test) keçəcəklər. “Karyera günü”ndə UNEC-in III, IV kurs bakalavrları və magistrlər iştirak edə bilərlər.

“Karyera günü” noyabrın 22-də saat 12.00-da başlayacaq. İmtahan UNEC-in əsas tədris binasında 219 saylı otaqda təşkil olunacaq.

“Karyera günü”ndə iştirak etmək üçün noyabrın 20-dək qeydiyyatdan keçmək lazımdır. Seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

Qeydiyyat linki:
https://krb-sjobs.brassring.com/…/Sea…/Home/HomeWithPreLoad…