Dövlət qulluğuna qəbul üçün müsabiqənin müsahibə mərhələsi elan edilir | Təhsil Elanları
Dövlət qulluğuna qəbul üçün müsabiqənin müsahibə mərhələsi elan edilir
Bölmə:Dövlət qulluğu 643 dəfə oxunub
05.11.2019

135 vakant vəzifənin tutulması üçün müsabiqənin müsahibə mərhələsi elan edilir

2019-cu il 5 noyabr tarixində mərkəzi icra hakimiyyəti və məhkəmə hakimiyyəti orqanları olmaqla inzibati dövlət qulluğu vəzifələrinin 4-7-ci təsnifatı üzrə B növünə aid olan ümumilikdə 29 dövlət orqanında 135 vakant vəzifənin tutulması üçün müsabiqənin müsahibə mərhələsi elan edilmişdir.

Müsabiqəyə təqdim olunmuş vakant vəzifələr üzrə vəzifə təlimatları, müsahibə proqramları Mərkəzin internet portalında və müvafiq dövlət orqanlarının internet saytlarında yerləşdirilmişdir.

Namizədlər əldə etdikləri sertifikata uyğun olan müsahibələrdə iştirak edə bilər. Müsahibədə iştirak üçün namizədlər 5 dekabr 2019-cu il saat 18:00-dək (30 gün müddətində) “Dövlət qulluğu üzrə müraciət Forması”nı (https://eservices.dim.gov.az/dqq/Home/Login) doldurmaqla qeydiyyatdan keçməli və elan müddətində formaya daxil etdiyi məlumatlarda, sənədlərdə dəyişikliklər olduğu təqdirdə müvafiq düzəlişlər etməlidir.

Elan edilmiş müsahibədə iştirak üçün müraciət edən namizəd “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin və qanunvericiliklə müəyyən olunmuş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Ümumi şərtlərə uyğun olaraq vakant vəzifə üzrə müəyyən edilmiş tələblərə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz.

Müsahibədə iştirak etmək üçün müraciət etmiş namizədin Forma vasitəsilə portala daxil etdiyi məlumatların və sənədlərin tamlığı, aktuallığı və namizədin müvafiq vakant vəzifənin tutulması şərtlərinə uyğunluğu Mərkəz tərəfindən yoxlanılır və təsdiq edildikdən sonra namizəd müsahibədə iştirak etmək üçün qeydə alınır.

Müsahibədə iştirakı qeydə alınmayan namizədə bu barədə portal vasitəsilə elektron bildiriş göndərilir. Namizədin qeydə alınmamasına səbəb olan çatışmazlıqlar aradan qaldırıldıqdan sonra, namizəd müvafiq vəzifə üzrə müsahibədə iştirak etmək üçün qeydə alınır. Çatışmazlıqlar 3 (üç) iş günü müddətində aradan qaldırılmadıqda, namizəd müsahibədə iştirak etmək üçün qeydə alınmır.

Namizəd müəyyən edilmiş şərtlərə cavab vermədikdə, habelə onun tərəfindən təqdim edilmiş məlumat və sənədlərdə bilərəkdən yanlış məlumatlar verilməsi aşkar edildiyi halda, namizədin müsahibədə əldə etdiyi nəticələr etibarsız hesab edilir. Nəticələrin etibarsız hesab edilməsi barədə qərar Mərkəz tərəfindən qəbul edilir və namizədə bu barədə 3 (üç) iş günü müddətində portal vasitəsilə nəticələrin etibarsız hesab edilməsi səbəbləri izah olunan rəsmi məlumat verilir.

Müsahibə proqramları ilə Mərkəzin portalından və vakant vəzifənin aid olduğu dövlət orqanının internet saytından tanış olmaq olar.

Namizədlər müsahibənin keçirilmə vaxtı və yeri haqqında məlumatı qeydiyyat başa çatdıqdan sonra Mərkəzin portalında və vakant vəzifənin aid olduğu dövlət orqanının internet saytından əldə edə bilər.

Vakant vəzifənin tutulmasında iş stajına dair tələb nəzərdə tutulduğu halda vəzifənin qulluq funksiyaları nəzərə alınaraq, vəzifə təlimatlarında aşağıdakı sahələrdən biri üzrə ümumi iş və ya dövlət qulluğunda qulluq stajı müəyyən edilir:  

 

  • struktur bölmənin fəaliyyət istiqamətləri və ya vəzifənin fəaliyyət sahəsi üzrə;
  • vəzifə təlimatlarında vəzifə üzrə müəyyən edilmiş müvafiq ali təhsil (ixtisas) üzrə.

Qeyd edək ki, müsahibəyə çıxarılması üçün dövlət orqanları arasında ən çox vakant vəzifə Maliyyə Nazirliyi (26 vəzifə) və Bakı şəhəri Xəzər Rayon Məhkəməsi (10 vəzifə) tərəfindən təqdim olunmuşdur.

Vəzifə altqrupları üzrə müsahibəyə təqdim olunmuş vakant vəzifələr haqqında məlumat aşağıda qeyd edilmişdir:

1. Ağdam Rayon Məhkəməsində BB4 altqrupu üzrə 2 vəzifə

2.  Ağstafa Rayon Məhkəməsində BB4 altqrupu üzrə 4 vəzifə

3.  Ağdaş Rayon Məhkəməsi (4 vəzifə) –BB3 altqrupu üzrə 1, BB4 altqrupu üzrə 3 vəzifə

4.  Bakı şəhəri Xəzər Rayon Məhkəməsində BB4 altqrupu üzrə 10 vəzifə

5.  Beyləqan Rayon Məhkəməsində BB4 altqrupu üzrə 3 vəzifə

6.  Biləsuvar Rayon Məhkəməsində BB4 altqrupu üzrə 1 vəzifə

7.  Dövlət Şəhərsalma və Arxitektura Komitəsi (5 vəzifə) – BA3 altqrupu üzrə 2, BA4 altqrupu üzrə 3 vəzifə

8.  Fizuli Hərbi Məhkəməsində BB2 altqrupu üzrə 3 vəzifə

9.  Cəlilabad Rayon Məhkəməsi (6 vəzifə) – BB3 altqrupu üzrə 1, BB4 altqrupu üzrə 5 vəzifə

10.Gədəbəy Rayon Məhkəməsində BB4 altqrupu üzrə 4 vəzifə

11. Gəncə Ağır Cinayətlər Məhkəməsində BB2 altqrupu üzrə 2 vəzifə

12. Gəncə Apelyasiya Məhkəməsində BA4 altqrupu üzrə 7 vəzifə

13. Gəncə şəhəri Nizami Rayon Məhkəməsində BB4 altqrupu üzrə 8 vəzifə

14. Hacıqabul Rayon Məhkəməsində BB3 altqrupu üzrə 1 vəzifə

15.  Hesablama Palatasında BA2 altqrupu üzrə 1 vəzifə

16.  İsmayıllı Rayon Məhkəməsində BB4 altqrupu üzrə 1 vəzifə

17.  Lənkəran Rayon Məhkəməsində BB4 altqrupu üzrə 8 vəzifə

18.  Maliyyə Nazirliyi (26 vəzifə) – BB3 altqrupu üzrə 1, BB4 altqrupu üzrə 25 vəzifə

19.  Naftalan Şəhər Məhkəməsində BB4 altqrupu üzrə 2 vəzifə

20.  Salyan Rayon Məhkəməsində BB4 altqrupu üzrə 2 vəzifə

21.  Şəki Apelyasiya Məhkəməsində BA4 altqrupu üzrə 9 vəzifə

22.  Şirvan İnzibati-İqtisadi Məhkəməsində BB2 altqrupu üzrə 4 vəzifə

23.  Sumqayıt Apelyasiya Məhkəməsində BA4 altqrupu üzrə 2 vəzifə

24.  Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (5 vəzifə) – BA3 altqrupu üzrə 2, BA4 altqrupu üzrə 2, BB3 altqrupu üzrə 1 vəzifə

25.  Oğuz Rayon Məhkəməsində BB4 altqrupu üzrə 2 vəzifə

26.  Qazax Rayon Məhkəməsi (5 vəzifə) – BB3 altqrupu üzrə 1, BB4 altqrupu üzrə 4 vəzifə

27.  Şabran Rayon Məhkəməsində BB4 altqrupu üzrə 2 vəzifə

28.  Şirvan Şəhər Məhkəməsində BB4 altqrupu üzrə 5 vəzifə

29.  Zaqatala Rayon Məhkəməsində BB3 altqrupu üzrə 1 vəzifə

Ümumilikdə, müsahibəyə çıxarılmış 135 vakant vəzifənin 1-i 4-cü təsnifata, 27-si 5-ci təsnifata, 9-u 6-cı təsnifata, 98-i isə 7-ci təsnifata aid olmaqla, 28-i BA, 107-si isə BB vəzifə qrupuna aiddir.