Vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndələri və hüquqşünasların nəzərinə | Təhsil Elanları
Vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndələri və hüquqşünasların nəzərinə
Bölmə:Elanlar 313 dəfə oxunub
01.11.2019

Vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndələri və hüquqşünasların nəzərinə

Noyabr ayında Avropa İttifaqının maliyyə dəstəyi ilə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı yenidən təlimlərə başlayır!

Təlimlər BMT-nin insan hüquqları sistemi və müəssisələri, eləcə də onların insan hüquqlarına dair iştirak mexanizmlərində rolu barədədir.

Təlimlərdə iştirakçılar aşağıdakı vəsaitlərlə təmin olunacaq:

• BMT-nin xüsusi orqanları və mandatlarının, eləcə də BMT-nin müqavilə orqanlarının yekun qeydlərinin xülasəsi;

• Azərbaycanın sahə üzrə ən son dövri hesabatlarına baxışların keçirilməsindən sonra qəbul edilmiş Yekun Qeydlər;

• Milli tərəfdaşların BMT-nin İnsan Hüquqları mexanizmlərində iştirak yollarının xülasəsi;

• Müqavilə orqanlarının qəbul etdiyi Ümumi Şərhlər və Ümumi Tövsiyələrdən ibarət vəsaitlər toplusu;

Ödənişsiz təlimlərdə iştirak etməkdə maraqlı şəxslər 1 noyabr 2019-cu il tarixindən gec olmayaraqöz tərcümeyi hallarını (CV) raliyev@ohchr.org elektron poçt ünvanına göndərməlidir.

Təlimlərin dəqiq tarixləri tezliklə elan olunacaq.