BP-ni Kəşf et Həftəsi keçiriləcək | Təhsil Elanları
BP-ni Kəşf et Həftəsi keçiriləcək
Bölmə:Elanlar 859 dəfə oxunub
28.10.2019

BP-ni Kəşf et Həftəsi 25 noyabr tarixində başlayan həftə ərzində BP-nin ofisində keçiriləcək. Tədbirdə mexanika mühəndisliyi, inşaat mühəndisliyi, elektrik mühəndisliyi, neft-qaz mühəndisliyi, geoloji kəşfiyyat və tətbiqi riyaziyyat ixtisasları üzrə Azərbaycan universitetlərində təhsil alan, 2022-ci ildə məzun olacaq tələbələr iştirak edə bilərlər.

Hər gün BP-dəki müxtəlif ixtisas sahələrinə həsr olunacaq. Bu bir günlük tədbir sizə neft-qaz sənayesindəki imkanlar barədə daha ətraflı məlumat əldə etməyə və gələcəkdə BP şirkətində mühəndis kimi karyeranızı necə inkişaf etdirə biləcəyinizi daha aydın təsəvvür etməyə kömək edəcək. BP-nin təcrübə proqramları və məzunlar üçün yaratdığı imkanlar haqqında daha çox şey öyrənmək, iş stajı çox olan işçilərdən onların vəzifələri və hazırkı məzunlarla yaratdıqları şəbəkə haqqında eşitmək imkanınız olacaq.

Bəzi ixtisaslar üzrə qurudakı sahələrimizə səfər etmək və orada nəzəri biliklərinizin sənayemizə necə tətbiq oluna biləcəyini görmək fürsətiniz olacaq.

Aşağıda tədbirin qrafiki və uyğunluq meyarları təqdim olunur.

Müraciət etmək üçün:

ərizə forması

Son tarix: 5 noyabr

_______________________________________________________________________________________________________________

25 noyabr 2019 – Quyular

Qlobal Quyular Təşkilatı BP şirkətinin dünyanın müxtəlif yerlərində dərin sulu sahələrdə və ya quruda quyular ilə əlaqədar həyata keçirdiyi əməliyyatları idarə edir. Apstrim sektorunda qazma, tamamlama və geoloji-texniki tədbirlər ilə əlaqədar bütün fəaliyyət kəşfiyyat, əsas layihələr üzrə qabaqlayıcı qazma və yeni quyuların təhvil verilməsi daxil olmaqla quyular üzrə qlobal qrupun rəhbərliyi ilə həyata keçirilir.

Uğurumuz dünyanın ən təcrübəli texniki ekspertlərindən bəzilərinin müştərək səylərindən maksumum dərəcədə istifadə etməkdən asılıdır. Onlar quyular ilə əlaqədar işlərin icrası üçün dünya səviyyəli texnologiyalar təmin edir və quyular üzrə qlobal qrupa çox böyük texniki dəstək verirlər

Münasib ixtisaslar:

Mexanika mühəndisliyi

Neft-qaz mühəndisliyi

Tətbiqi riyaziyyat

26 noyabr 2019 - Qlobal Əməliyyatlar Təşkilatı

Texniki xidmət və icra üzrə mühəndislərin vəzifəsi istismar əməliyyatlarına mühəndis dəstəyi vermək, avadanlığın istismara yararlılığını idarə etmək və Qlobal Əməliyyatlar Təşkilatının etibarlılığını təmin etməkdir.

Münasib ixtisaslar:

Mexanika mühəndisliyi

İnşaat mühəndisliyi

Elektrik mühəndisliyi

27 noyabr 2019 - Qlobal Layihələr Təşkilatı

Apstrim sektoru üzrə Qlobal Layihələr Təşkilatının vəzifəsi layihələrin təhlükəsiz, xərclər baxımından səmərəli və rəqabətədavamlı şəkildə həyata keçirilməsini təmin etməkdir. Qlobal Layihələr Təşkilatında strateji məramımız sənayenin ən qabaqcıl layihələr təşkilatı kimi tanınmaqdır. Biz buna ilk gündən başlayaraq qüsursuz və effektiv olan təhlükəsiz, xərclər baxımından səmərəli və rəqabətədavamlı layihələr həyata keçirməklə nail olacağıq.

Münasib ixtisaslar:

Mexanika mühəndisliyi

İnşaat mühəndisliyi

28 noyabr 2019 - Yataqların işlənilməsi və Neft-qaz mühəndisliyi və Geologiya/Geofizika

Neft-qaz və yataqların işlənilməsi üzrə mühəndislər neft və qaz yataqlarının işlənilməsi və idarə olunması ilə məşğul olur, yeni quyular və hasilat imkanları müəyyən edir, layların neftvermə əmsallarının yüksəldilməsi üçün müxtəlif sxemləri qiymətləndirir, hasilatı və istismar oluna bilən ehtiyatları maksimuma çatdırırlar.

Geologiya və geofizika mütəxəssisləri mövcud və yeni neft və qaz yataqlarının kəşfiyyatı və işlənilməsinin geoloji və geofiziki aspektləri ilə məşğul olurlar. Onlar geologiya və geofizika sahəsindəki bilik və təcrübələrini qiymətləndirmə prosesində və yataq daxili qazma, müşahidə məlumatlarının tətbiq edilməsi və layların neftvermə əmsallarının yüksəldilməsi sxemlərinin optimallaşdırılması vasitəsilə mövcud yataqların işlənilməsi və istismar göstəricilərinin yaxşılaşdırılması üçün istifadə edirlər. Bu sahənin mütəxəssisləri üçün geofiziki və geoloji məlumatlar bir araya gətirilərək yerin təkində olanları daha yaxşı başa düşməyimizə imkan verir.

Münasib ixtisaslar:

Neft-qaz mühəndisliyi və Yataqların işlənilməsi

Geologiya