Məktəblərdə payız tətilinin vaxtı açıqlanıb | Təhsil Elanları
Məktəblərdə payız tətilinin vaxtı açıqlanıb
Bölmə:Xəbərlər 744 dəfə oxunub
23.10.2019

Məktəblərdə payız tətilinin vaxtı açıqlanıb.

Təhsil Nazirliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”nə əsasən, 16-20 noyabrda ümumtəhsil məktəblərində 5 günlük payız tətili olacaq.

Məktəblərdə qış tətilinin müddəti isə 27-31 yanvarda olacaq.

Qeyd edək ki, 1-5 mayda ibtidai siniflər üçün 5 günlük əlavə yaz tətili müəyyən edilir.