UNEC-də Kapital Bank günü keçiriləcək | Təhsil Elanları
UNEC-də Kapital Bank günü keçiriləcək
Bölmə:Elanlar 343 dəfə oxunub
20.10.2019

Əziz tələbələr, magsitrantlar və məzunlar!
Karyeranıza bizdən dəstək!
Böyük məmnuniyyət hissi ilə sizi UNEC-də keçiriləcək və məhz sizə özəl hazırlanmış Kapital Bank gününə dəvət edirik!

Tədbirdə:
- Kapital Bankda karyera imkanları ilə tanış olacaqsınız;
- İlk təcrübənizi necə qazana biləcəyinizi öyrənəcəksiniz;
- Sizi iş həyatınıza daha da yaxınlaşdıracaq məlumat sessiyasında iştirak edəcəksiniz;
- Birbaşa olaraq müsahibədə iştirak etmək imkanı əldə edəcəksiniz;
- Gələcək karyeranız haqqında olan suallarınıza dair mütəxəssislərdən tövsiyyələr alacaqsınız.
Tədbir zamanı siz bankçılıq dünyasına virtual səfər edəcəksiniz və “Bankda karyeranı necə başlamaq olar?” sualına əyani cavab tapacaqsınız.

 22 oktyabr 2019, saat 11:00-18:00
UNEC əsas tədris binası 220-ci auditoriya

Həmçinin bu tədbir zamanı iki maraqlı sessiyada iştirak edə bilərsiniz:
12.00 - 13:30 “Əmək bazarında trendlər: İşə götürən bizdən nə gözləyir? ” sessiyası, Seymur Rəsulov
14:30 – 16:00 “Sosial şəbəkələr və sizin imiciniz” sessiyası, Nümrəddin Hüseynov
 Seminarlar UNEC-in əsas tədris binası Böyük Akt zalında təşkil ediləcəkdir.

Müsahibələrdə iştirak etmək üçün CV-lərinizi “Kapital günü” başlığı ilə karyera@unec.edu.az email ünvanına göndərə bilərsiniz. Yalnız CV əsasında seçilən namizədlər öncədən məlumatlandırılaraq müsahibələrdə iştirak edə biləcəklər.

Qeyd: Magistratura pilləsində təhsil alan magistrlar üçün görüş saat 18:30-19:30 aralığında 4 saylı tədris binasında təşkil olunacaqdır.

Karyeranıza böyük addımlarla başlayın, Kapital Bank-a qoşulun!