İnnovasiyalar Agentliyi növbəti Təcrübə və Karyera proqramını açıq elan edir | Təhsil Elanları
İnnovasiyalar Agentliyi növbəti Təcrübə və Karyera proqramını açıq elan edir
Bölmə:Elanlar 720 dəfə oxunub
14.10.2019

Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində olan İnnovasiyalar Agentliyi növbəti Təcrübə və Karyera proqramını açıq elan edir.

14-30 oktyabr tarixlərində seçim müddəti olacaq “İnternship” proqramında iştirak etmək istəyənlər Upper – İntermediate ingilis dili səviyyəsinə malik, 2020-ci ildə qeyd olunan ixtisaslar üzrə məzun olacaq tələbə və məzunlar olmalıdır.

Namizədlər elektronika mühəndisi, biznesin inkşafı və investisiyalar, layihələrin idarə edilməsi, sosial media meneceri, qrafik dizayner, maliyyə və kredit, biznesin idarə edilməsi, Mobile Developer (İOS Android), Web Developer, Unity 3 D, Machine Learning, Data Science ixtisasları üzrə müraciət edə bilərlər.

Maraqlananlar hr.@iaa.gov.az email ünvanının mövzu xanasına İnternship-İnnovation Agency və iddia edilən ərizəni doldurmaqla müraciət edə bilərlər.