Dövlət sifarişli yerlərə qəbul olunmaq üçün keçirilən əlavə müsabiqə haqqında məlumat | Təhsil Elanları
Dövlət sifarişli yerlərə qəbul olunmaq üçün keçirilən əlavə müsabiqə haqqında məlumat
Bölmə:Xəbərlər 220 dəfə oxunub
30.09.2019

Əlavə müsabiqənin nəticələrinə əsasən 1298 tələbə ödənişsiz təhsil almaq hüququ əldə etmişdir

2019/2020-ci tədris ili üçün ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə keçirilmiş müsabiqənin nəticələrinə əsasən müəyyən sayda dövlət sifarişli yerlər istifadə edilməmiş qalmışdır. Müvafiq ixtisaslara ödənişli əsaslarla qəbul olunmuş tələbələrin arasında onların topladıqları ballara əsasən boş qalan dövlət sifarişli yerlərə əlavə müsabiqə keçirilmişdir.

Əlavə müsabiqənin nəticələrinə əsasən 1298 tələbə ödənişsiz təhsil almaq hüququ əldə etmişdir və onların siyahısı müvafiq tədbir görülməsi üçün ali təhsil müəssisələrinə göndərilmişdir.

Ödənişli əsaslarla qəbul olunmuş və əlavə müsabiqə nəticəsində dövlət sifarişi əsasında təhsil almaq hüququ qazanmış abituriyentlərin saylarının ali təhsil müəssisələri üzrə paylanması