Koreya Respublikasında 2020-2021-ci tədris ili üzrə təqaüd proqramı | Təhsil Elanları
Koreya Respublikasında 2020-2021-ci tədris ili üzrə təqaüd proqramı
Bölmə:Təqaüdlər 826 dəfə oxunub
24.09.2019

Koreya Respublikası tərəfindən 2020-2021-ci tədris ili üzrə təqaüd proqramı elan edilib.

Bakalavriat səviyyəsi üzrə elan olunan təqaüd proqramına 18 oktyabr 2019-cu il tarixinədək müraciət edilə bilər.

Proqramda iştirak etmək istəyənlər sənədlərini qeyd edilən tarixədək Koreya Respublikasının Azərbaycandakı səfirliyinə təqdim etməlidirlər.

Təqaüd proqramı çərçivəsində təhsilə dair əlavə məlumatIarla elan vasitəsilə tanış ola bilərsiniz.

 

Koreya Respublikası 2020-2021-ci tədris ili üzrə təqaüd proqramı elan edir

Ölkə: Koreya Respublikası

Təhsil səviyyəsi: bakalavriat

Yaş həddi: təvəllüdü 1 mart 1995-ci ildən sonra olanlar

Təqaüdün müddəti: 1 il dil hazırlığı + 4 il təhsil proqramı

Kvota: 1 nəfər

Qarşılanan xərclər: aylıq təqaüd 900.000 KRW, təhsil haqqı, dil kursu, yol xərci, yataqxana xərci, sığorta xərci.

Dil bilikləri: ingilis (TOEFL/ IELTS/ TOPIK)

Son müraciət tarixi: 18.10.2019

 

Təqaüd proqramı haqqında ətraflı məlumat və tələb olunan sənədlər üçün müvafiq keçiddən istifadə edə bilərsiniz: https://bit.ly/2mcFdhv

 

Qeyd: Namizədlər sənədlərini Koreya Respublikasının Azərbaycandakı səfirliyinə təqdim etməli, suallar olduğu təqdirdə aidiyyəti üzrə ünvanlaya bilərlər:

Əlaqə vasitələri: azeremb@mofa.go.kr  / 994-12-596-7901~3, 994-12-596-7904