UNEC Ekstern Mərkəzi Çin dilini öyrənmək istəyənlər üçün distant dərslərə başlayır | Təhsil Elanları
UNEC Ekstern Mərkəzi Çin dilini öyrənmək istəyənlər üçün distant dərslərə başlayır
Bölmə:Elanlar 366 dəfə oxunub
20.09.2019

UNEC Ekstern Mərkəzi Çin dilini öyrənmək istəyənlər üçün distant dərslərə başlayır 

Peşəkar müəllimlər tərəfindən keçiriləcək dərslər Çin dilini öyrənməyə yeni başlayan azərbaycanlılar üçün nəzərdə tutulub. Dərslər 1.5 saat olmaqla həftədə 3 dəfə keçiriləcək.

Dinləmək, danışmaq, oxumaq və yazmaq dərslərindən ibarət olan Elementar səviyyəni bitirənlər təxminən 2000 sözə, 800 heroqlifə, 30-a yaxın qrammatik xüsusiyyətə və Çin dilinin ümumi qrammatik quruluşuna bələd olacaq. Elementar səviyyəni müvəffəqiyyətlə bitirənlər Çin dilində sadə fikir mübadiləsi aparmaq bacarığına malik olacaq.

Sənəd qəbulu elektron qaydada http://www.kabinet.unec.edu.az/

 linkindən qeydiyyatdan keçməklə həyata keçirilir. Namizədlər tələb olunan sənədləri elektron qaydada təqdim edir və müvafiq tələblərə cavab verdikləri halda proqramda iştirak etmək hüququnu qazanırlar.

Dərslər Heydər Əliyev Fondu, Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC), Konfutsi İnstitutu və Pekin Xarici Dillər Universitetinin dəstəyi ilə təşkil olunacaq.

Proqram 23.09.2019-cu il tarixindən başlayaraq 3 ay müddətinə təşkil olunacaq. Təlimlər işdən ayrılmadan distant formada təşkil ediləcək və ödənişlidir (ayı 60 manat). Proqramı müvəffəqiyyətlə bitirən iştirakçılar Heydər Əliyev Fondu, UNEC və Konfutsi İnstitutunun birgə sertifikatı ilə təmin olunacaqlar.

İlk qrupa sənədlərin qəbulu sentyabrın 9-dan 18-dək aparılacaq.
Digər qruplara sənəd qəbulu isə sentyabrın 18-dən oktyabr ayının 14-dək davam edəcək.
Qeyd edək ki, Çin dilini öyrənən tələbələr Çində təqaüd proqramları ilə təhsil almaq şansı əldə edirlər.

Sertifikat proqramında iştirak etmək istəyənlər aşağıdakı sənədləri elektron formada təqdim etməlidirlər:
- Rektorun adına ərizə (http://news.unec.edu.az/images/erize_kurs.docx

 

)
- Ali təhsil haqqında sənədin surəti (olduğu halda);
- 3x4 sm ölçüdə 6 ədəd fotoşəkil;
- Şəxsiyyət vəsiqəsinin surəti.
Qeydiyyat üzrə TƏLİMAT (http://news.unec.edu.az/images/Kabinet.pdf)

Ünvan: İstiqlaliyyət küçəsi 6, otaq 209
Tel.: (012) 492-68-19
Email: zaur_aziz@unec.edu.az