ERP sahəsi üzrə təcrübə proqramı! | Təhsil Elanları
ERP sahəsi üzrə təcrübə proqramı!
Bölmə:Elanlar 376 dəfə oxunub
20.09.2019

Sonda işlə təmin olunacaq ERP sahəsi üzrə təcrübə proqramı!

İşləmək arzusunda olan, öyrənməyə həvəsli, şəxsi inkişafı, peşəkar vərdişləri və praktiki biliklərini artırmağa maraqlı olan, təşəbbüskar, komandada işləməyi bacaran və yüksək məntiqi təfəkkürə sahib komputer elmlərinə maraq, Data Science, SQL üzrə anlayışlı, Microsoft Office proqramları ilə işləməyi bacaran gənclər üçün təcrübə proqramı elan edirik!
Təcrübə proqramının seçimi testləşdirmə və bir neçə mərhələdən ibarət olmaqla müsahibə əsasında həyata keçirilir:
1. Testləşdirmə - Məntiqi təfəkkür; Psixoloji; Dil və Komputer biliklərinin yoxlanılması məqsədilə test imtahanları
2. Müsahibə.
Müsahibə və testlərdən uğurla keçən namizədlərə 4-8 həftəlik təcrübə müddəti təyin olunur. Həmin müddət ərzində təlim keçiriləcək. Təlim sonunda iştirakçılar imtahan olunacaq. Yetərli bal toplayan şəxslər sonda işlə təmin olunacaqlar.
Təcrübə proqramında iddiaçı olmaq üçün gənclər aşağıda qeyd olunan bütün tələblərə cavab verməlidir:
- Azərbaycan Respublikasının vətəndaşı
- Tam və ya Natamam-Ali təhsil (Komputer elmləri sahəsi üzrə)
- Səlis nitq
- Əlavə dil bilgiləri (intermediate)
- Sərbəst şəkildə komputer biliyi
- Məntiqi təfəkkür
- SharePoint, Power BI sahəsi üzrə anlayışlı olmaq arzu olunandır.

Ofis XIRDALANda yerləşdiyi üçün yaxın ərazilərdən namizədlərin müraciət etməsi daha arzu ediləndir.
Təcrübə proqramına qoşulmaq istəyənlərdən hr@at-geotech.com ünvanına CV formalarını göndərərkən mövzu yerində ERP/Təcrübə proqramı qeyd etmələri xahiş olunur.