Müəllimlərin işə qəbulu üzrə vakansiya seçimi mərhələsi yekunlaşıb | Təhsil Elanları
Müəllimlərin işə qəbulu üzrə vakansiya seçimi mərhələsi yekunlaşıb
Bölmə:Xəbərlər 227 dəfə oxunub
14.08.2019

Avqustun 14-də müəllimlərin işə qəbulu üzrə müsabiqənin vakansiya seçimi mərhələsi başa çatıb.

Bu mərhələdə 23 609 namizəd iştirak edib, onlardan 14 003 namizəd elektron ərizəsini təsdiqləyib.

Elektron yerləşdirmənin nəticələri barədə məlumat tezliklə namizədlərin şəxsi səhifələrinə göndəriləcək.

Vakant yeri tutmaq hüququ qazanan namizədlər müsahibə mərhələsinə dəvət olunacaqlar.

Qeyd edək ki, müsabiqəyə 7 mindən artıq vakant yer çıxarılıb.