Bu diplomların tanınması mümkün deyil – Nazirlikdən açıqlama | Təhsil Elanları
Bu diplomların tanınması mümkün deyil – Nazirlikdən açıqlama
Bölmə:Xəbərlər 433 dəfə oxunub
01.08.2019

Azərbaycan qanunvericiliyinə əsasən, distant təhsilalma forması (tədris prоsesinin elektrоn, telekоmmunikasiya, prоqram-teхniki vasitələr əsasında təşkil оlunduğu fоrmasıdır-red) üzrə xaricdə təhsil almış şəxslərin aldıqları ixtisasların ölkə ərazisində tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) mümkün deyil.

Bu barədə APA-ya Təhsil Nazirliyindən məlumat verilib.

Məlumatda o da bildirilib ki, doktorantura pilləsi üzrə xaricdə alınan ixtisasın nostrifikasiyası üçün Azərbaycan Prezidenti yanında Ali Attestasiya Komissiyasına müraciət olunmalıdır.

“Təhsil Nazirliyi xaricdə təhsil sahəsində, o cümlədən nostrifikasiya prosedurları ilə bağlı heç bir şirkətlə əməkdaşlıq etmir və bu şirkətlərin fəaliyyətlərinə görə məsuliyyət daşımır”, – Nazirliyin məlumatında qeyd olunub.