Koreya təhsil standartları əsasında yaradılan Peşə Təhsil Mərkəzi 2019-2020-ci tədris ili üzrə tələbə qəbulu elan edir | Təhsil Elanları
Koreya təhsil standartları əsasında yaradılan Peşə Təhsil Mərkəzi 2019-2020-ci tədris ili üzrə tələbə qəbulu elan edir
Bölmə:Təqaüdlər 646 dəfə oxunub
09.07.2019

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin bazasında Koreya təhsil standartları əsasında yaradılan Peşə Təhsil Mərkəzi 2019-2020-ci tədris ili üzrə tələbə qəbulu elan edir

Mərkəz Azərbaycan və Koreya hökumətləri arasında razılaşmaya uyğun olaraq, Koreya təhsil standartları əsasında yaradılmış ilk pilot təhsil müəssisəsidir.

Mərkəz 8 fərqli ixtisas üzrə 1 illik proqramlarda təhsil almaq imkanı verir:

• Torna və frezer dəzgahların operatoru;

• Avtomobil diaqnostikası və təmiri ustası;

• Sənayedə quraşdırma işləri üzrə usta;

• Elektronika ustası;

• Elektrik avadanlıqlarına xidmət və təmir üzrə elektrik montyoru;

• İnşaat ustası;

• Veb dizayner və proqram təminatçısı;

• Avtomatika üzrə usta.

Müsabiqədə iştirak etmək istəyən şəxslər 8-25 iyul tarixlərində Peşə Təhsil Mərkəzinin saytı  vasitəsilə (http://bsiic.edu.az/) qeydiyyatdan keçə bilərlər.

Qeydiyyatdan keçmiş namizədlərin elektron ərizədəki məlumatlarının uyğunluğu yoxlanıldıqdan sonra tələblərə (tam orta təhsil və texniki fənlər üzrə yüksək qiyməti olan namizədlər) cavab verən şəxslər növbəti müsahibə mərhələsinə dəvət ediləcəklər.

Əlaqə telefonu: (+99412) 562 83 31

İş vaxtı: Həftənin bazar ertəsi - cümə günləri (09:00-18:00)