Beynəlxalq Parlament Təqaüdü | Təhsil Elanları
Beynəlxalq Parlament Təqaüdü
Bölmə:Təqaüdlər 758 dəfə oxunub
06.07.2019

Almaniya Federativ Respublikasının Azərbaycandakı səfirliyi Beynəlxalq Parlament təqaüdünün (BPT) alınması üçün sənədlərin qəbulunu elan edir.

Almaniyanın parlamentində işləmək istəyirsinizmi?

Almaniya Bundestaqı Berlin şəhəri müstəqil universiteti, Humboldt adına Berlin şəhəri universiteti, Berlin şəhəri texniki universiteti ilə birlikdə Sizi Beynəlxalq Parlament Təqaüdü (IPS) proqramı çərçivəsində beş ay müddətinə Berlin şəhərinə dəvət edir.

IPS (Internationales Parlaments-Stipendium) proqramı ölkələrinin demokratik gələcəyinin formalaşmasında fəal sürətdə və məsuliyyətlə iştirak etmək istəyən, yüksək ixtisaslı və siyəsətə maraq göstərən gənc qadın və kişilər üçün nəzərdə tutulub.

Almaniyanın parlamenti olan Almaniya Bundestaqı gənc insanlara Bundestaq üzvünün yanında 15 həftəlik fəaliyyət ərzində Almaniyanın parlament sistemi və siyasi qərarvermə prosesləri ilə tanış olmaq və parlament işi sahəsində praktiki təcrübəyə malik olmağa imkan yaradır. Təqaüdçülər Almaniya Bundestaqın müstəqil seçki komissiyası tərəfindən seçiləcəklər.

Seçilmə şərtləri:

- Azərbaycan vətəndaşlığı
- bitirilmiş universitet təhsili
- çox yaxşı alman dili bilikləri
- alman siyasəti, cəmiyyəti və tarixi haqqında biliklər
- təqaüd başlayan dövrdə 30 yaşından gənc olmalı

Təqaüd:

- ayda 500 avro
- təqaüdçü qaldığı yerin pulunu ödəmir
- sığorta və yol xərcləri

Ərizələrin qəbulu üçün son müraciət tarixi: 31 iyul 2019!!!

Zəhmət olmasa sənədlərinizi elektron formada bir PDF faylı olaraq aşağıdakı Email ünvanına göndərin və göndərdiyiniz faylın adında öz ad və soyadınızı qeyd edin.

Əgər sizin PDF faylınız 18 MB-dan çox olarsa, o zaman sənədlərinizi bir neçə Emailde bizə göndərin ki, Email göndərmək üçün nəzərdə tutulmuş maksimal 18 MB-ı keçməyəsiniz.

Əgər sənədlərinizi sıxma proqramlarının köməyi ilə bizə göndərmək istəyirsinizsə, o zaman ZİP formatından istifadə edə bilərsiniz.

Diqqət: kağız formasında göndərilən sənədlər nəzərə alınmayacaq!

Email: info@baku.diplo.de

Suallarınız olduğu təqdirdə müraciət edin:

Almaniya Federativ Respublikasının Səfirliyi
Beynəlxalq Parlament Təqaüdü
ISR - Plaza, Nizami küçəsi 69
1005 Bakı
Azərbaycan

Telefon: (00994 12) 465 41 00
Fax: (00994 12) 465 41 28

Müraciət üçün sənədlərin siyahısı burada

Azərbaycan dilində proqram