UNEC tələbələri nüfuzlu şirkətdə təcrübə imkanı qazanacaqlar | Təhsil Elanları
UNEC tələbələri nüfuzlu şirkətdə təcrübə imkanı qazanacaqlar
Bölmə:Elanlar 434 dəfə oxunub
04.07.2019

UNEC Karyera Mərkəzinin və Norm MMC Şirkətinin birgə təşkilatçılığı ilə tələbələrin şirkətdə yay təcrübəsi keçmələri məqsədilə test imtahanı keçirilib.

İmtahandan öncə şirkətin İnsan resursları departamentinin əməkdaşları tələbələrə təcrübə proqramı haqqında ətraflı məlumat verərək, test imtahanının aparılması qaydalarını izah edib. 100-dən artıq tələbənin iştirak etdiyi test imtahanında namizədlərə testlərin həll edilməsi üçün 1 saat vaxt verilib. Test namizədlərin məntiqi təfəkkürünün və dil biliklərinin yoxlanılmasından ibarət olub.

Ən yüksək nəticə əldə edən namizədlər şirkətin yay təcrübə proqramında iştirak etmək hüququ qazanacaqlar.