Türkiyədə Təhsil almaq istəyənlərin nəzərinə! | Təhsil Elanları
Türkiyədə Təhsil almaq istəyənlərin nəzərinə!
Bölmə:Xaricdə Təhsil 1089 dəfə oxunub
21.11.2014

Türkiyədə Təhsil haqqında

Türkiyə xarici vətəndaşların keyfiyyətli təhsil almaları üçün ölkə olaraq regionda ən mükəmməl seçimdir.

Türkiyədə universitetlər dövlət və vəqf universitetləri olmaqla ikiyə ayrılırlar. Və bütün universitetlər Yüksek Öğretim Kurumu YÖK tərəfindən akkreditə olunur. Ümumilikdə 2013`cü ilin avqust ayına olan statistikaya əsasən dövlət universitetlərinin sayı 104, vəqf universitetlərinin sayı isə 71`dir.

Bizim dildə desək özəl (vəqf) universitelərində təhsil haqqı dövlət universitetlərinə nisbətən daha yüksəkdir. Daha çox tədris metodikasında ingilis dilinə üstünlük verən vəqf universitetləri dünyanın müxtəlif yerlərindən güvənilir təhsil mərkəzləri ilə çalışır və bu hal universitetin daxili nizamnaməsinə əsasən legaldır.

Türkiyədə dövlət universitetlərinə qəbul kifayət qədər çətindir. Belə ki qəbul prosesində ALES, YÖS, TÖMER və s. kimi imtahan nəticələri tələb olunur. Özəl universitelərə qəbul isə nisbətən daha asandır. Belə ki bu kimi universitetlər hətta tədris dilinə görə türk dili və ingilis dilində imtahan nəticəsi (TÖMER, İELTS/TOEFL) olmayan tələbələrə yarım il ya da bir il müddətinə dil hazırlıq proqramları da (foundation) təklif edir.

Türkiyədə təhsil alan tələbələr üçün təqaüd əltə etmə imkanı daha yüksəkdir və çeşidlidir. Hər il Türkiyə dövləti xarici tələbələr üçün ali təhsilin bütün səviyyələrində “Türkiyə bursları” proqramını həyata keçirir. Bundan başqa siz Türkiyədə təhsil alarkən ayrı-ayrı şirkətlərin tələbələr üçün nəərdə tutduğu təqaüd proqramlarına da müraciət edə bilərsiniz. Bir də universitetlərin tələbələrinə aid etdiyi müxtəlif adda təqaüd proqramları var. Sizin həmçinin semestr nəticələrinə görə, özəl universitetlərə qəbul prosesində göstərmiş olduğunuz beynəlxalq imtahan nəticələri və sertifikatlara görə, tələbəlik həyatınızdakı sosial aktivliyinizə görə də təqaüd ala bilmə şansınız var.

Türkiyədə universitetlər həmçinin beynəlxalq tələbə mübadilə proqramlarına qoşulmaqla öz tələbələrinə bir semestr və ya bir il Avropa və Amerika universitelərində təhsil almalarına da yol açmış olur. Həmçinin universitetlər ikili diplom proqramını da təklif edirlər.

Türkiyə universitetləri əsasən universitet şəhərçiyi (kampus) tipində olduğu üçün tələbələrin yaşayışı yataqxana imkanları (yurt) ilə də asanlaşdırılır. Kampus yurtları heç də Avropa yurtlarından geri qalmır.

Türkiyədə universitet təhsilinin hər il artan sürətlə inkişaf etdiyini dünya üzrə universitetlərin reyting cədvəlindən görmək də mümükündür. Türkiyədə ali təhsil xüsusən tibb, mühəndislik, komputer mühəndisliyi, marketing, idarəetmə, televiziya, radio və qəzet işi, reklamçılıq, iqtisadiyyat, dizayn, turizm istiqamətində dünyada artıq öz yerini almışdır.

Azərbaycanlı tələbələr niyə Türkiyədə təshili seçir? 
Bu sualın istənilən sayda cavabı var. Amma bəzilərini qeyd etsək regiona yaxınlığı, dil və mədəni oxşarlıq, valideynlərin övladlarını Avropa və Amerikadan daha çox Türkiyəyə “əmanət etmə” psixoloji durumu, münasib təhsil haqqı, yüksək keyfiyyətli təhsil, Türkiyə universitetlərinin ölkəmizdəki və dünyadakı imici, karyera üçün uğurlu başlanğıc və s.

Təhsilinizdə uğurlar!

Məqaləni hazırladı Günel Abdullayeva

Foto - Yaşar Üniversitesindən götürülüb

Doğu Akdeniz Universitetinə qəbul başlandı!