Data ilə əlaqəli sahələrdə karyera qurmaq istəyən tələbələr üçün təlim-təcrübə proqramı | Təhsil Elanları
Data ilə əlaqəli sahələrdə karyera qurmaq istəyən tələbələr üçün təlim-təcrübə proqramı
Bölmə:Elanlar 425 dəfə oxunub
24.06.2019

Data ilə əlaqəli sahələrdə karyera qurmaq istəyən və ən əsası bu sahədə karyera üçün başlanğıc axtarışında olan tələbələr üçün!

Data SoCool Data Platforması iki aylıq Data Researcher təlim-təcrübə proqramına qəbul elan edir!

Əgər siz karyeranızı data ilə əlaqəli sahələrdə davam etdirmək istəyirsinizsə və qarşıdakı iki ay ərzində bu sahəni mənimsəməyə - araşdırmağa, öyrənməyə və tətbiq etməyə hazırsınızsa, davamını oxuyun:

2 aylıq müddət sistemli şəkildə planlaşdırılmış, KPİ-larla təyin olunmuş intensiv iş və təlimin paralel aparıldığı proqramdır. Proqramda seçilmiş 7 nəfər iştirak edəcək ki, bu müddətdə data ilə bağlı müəyyən mövzularda araşdırmalar edib, kontentlər hazırlayacaqlar. Həmçinin, iştirakçılara analitika və vizuallaşdırma, machine learning sahəsində tətbiq olunan bir neçə proqram və bir neçə analizlər tam praktiki tədris olunacaq. İştirakçıların iş dünyası ilə əlaqələrinin formalaşdırılması üçün müxtəlif şirkətlərə infoturlar, müxtəlif şirkətlərdən mütəxəssislərlə görüşlər təşkil olunacaq.

Seçiləcək 7 nəfər üçün əsas tələblər:
Azərbaycan və ingilis və ya azərbaycan və rus dillərində sərbəst oxumaq, anlamaq və yazmaq bacarıqları;
Araşdırma bacarıqları;
Həmişə öyrənməyə açıq olmalı (life long learner);
Məsulliyyət götürmək bacarığı.

Biz nə vəd edirik:

- İnkişaf mühiti və müxtəlif və çoxsaylı özünüinkişaf imkanları;
- İnnovativ, yaradıcı və komfortlu ofis;
- Free çay-kofe;
- Peşəkar və fərdi inkişaf təlimləri;
- Mütəxəssislərlə görüşlər.

2 ayın sonunda nə qazanmış olacaqsınız:
- Data sahəsində dünyadakı bütün yeniliklər;
- Ən azı 3 proqramda sərbəst işləmə bacarıqları;
- Data analitikası üçün əsas analizlər və tətbiqləri;
- Öyrənməyi öyrənmək bacarığı;
- Komandanın bir hissəsi olmaq;
- İşgüzar əlaqələr (Netvörkinq);

Bu, əzmlilik və çalışqanlıq tələb edən xüsusi dizayn olunmuş çətin bir marafondur, amma əgər karyeranın əsasını qoyacaq bu bacarıqları özündə formalaşdırmağı istəyirsənsə, 7 nəfərdən biri olmaq üçün müraciət et. Bu iki ay ancaq Data Ətrafında olacağıq!

Müraciət etmək üçün:
1.Qeydiyyat forumundan qeydiyyatdan keç;
https://tinyurl.com/y5e954os

2. Aşağıdakı mövzulardan birində minimum 600 sözlük məqalə hazırla və apply@datasocool.com ünvanına göndər.

Araşdırma üçün mövzular aşağıdakılardır:
-Günümüzdəki 5 süni intellekt nümunəsi
-Neft-Qaz /Enerji (Oil / Gas / Energy) sektorunda datanın tətbiqləri
-Avtomobil (Car companies) sektorunda datanın tətbiqləri
-Oyun (Gaming) sektorunda datanın tətbiqləri
-Kredit risk analitikası nədir və tətbiq nümunələri

Ps: Rəqabətliliyi nəzərə alaraq həm qeydiyyat forumunu, həm də məqaləni ən yaxşı şəkildə hazırlamaq tövsiyə olunur.

Son müraciət tarixi: 30 iyun

➖➖➖
Telefon: +994502312558
Email: apply@datasocool.com