SOCAR-da Ödənişli istehsalat təcrübəsi imkanı | Təhsil Elanları
SOCAR-da Ödənişli istehsalat təcrübəsi imkanı
Bölmə:Elanlar 703 dəfə oxunub
20.06.2019

Peşəkar karyerasını "İnsan Resursları" sahəsi üzrə qurmaq istəyən istedadlı və motivasiyalı gənclər üçün SOCAR bu sahə üzrə “Ödənişli İstehsalat Təcrübəsi” proqramını elan edir.

Əgər siz də bilik və bacarıqlarınızı təcrübə ilə zənginləşdirmək, müvəffəqiyyətli karyera üçün lazım olan texniki və peşəkar bacarıqlarınınızı inkişaf etdirmək və daimi iş imkanı qazanmaq istəyirsinizsə, bu proqram məhz sizin üçündür.

“İnsan Resursları" üzrə təcrübə proqramına dair tələblər və müraciət barədə aşağıdakı linkə daxil olaraq ətraflı məlumat əldə edə bilərsiniz.

Link: https://careers.socar.az/internshiplist

Onu da qeyd edək ki, 2018-ci ildə təşkil olunmuş təcrübə proqramı çərçivəsində artıq 200-ə yaxın potensiallı gənc daimi iş ilə təmin edilmişdir.