Dövlət Aqrar Ticarət Şirkəti Ödənişli Yay Təcrübə Proqramını elan edir! | Təhsil Elanları
Dövlət Aqrar Ticarət Şirkəti Ödənişli Yay Təcrübə Proqramını elan edir!
Bölmə:Elanlar 1007 dəfə oxunub
16.06.2019

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Aqrar Ticarət Şirkəti Ödənişli Yay Təcrübə Proqramını elan edir!

Layihə kənd təsərrüfatı sahəsinə marağı olan gənclərə təcrübə proqramında iştirak edərək ixtisası üzrə bilik və bacarıqlarını real iş şəraitində tətbiq etməyə, aqrar sahədə biliklərini artırmağa, maraqlı və məsuliyyətli layihələrdə iştirak etməyə və gələcəkdə bu istiqamətdə karyera qurmağa imkanlar yaradır.

Təcrübə keçiləcək istiqamətlər:
1. Məhsulların yaradılması və Layihələrin İdarə edilməsi
2. Marketinq və ictimaiyyətlə əlaqələr
3. Maliyyə və Mühasibatlıq
4. İnformasiya Texnologiyaları
5. Satınalma və təchizatın təşkili

Təcrübəçinin qazancları:

Təcrübəçilər təcrübə müddətində (aylıq 200 AZN) kompensasiya xarakterli ödənişlə təmin olunacaqlar.

Təcrübə müddətində fəaliyyət göstərdikləri sahə ilə bağlı nəzəri və praktiki biliklər əldə edəcəklər.

Təcrübə müddətinin sonunda sertifikat və tövsiyə məktubu təqdim olunacaqdır.

 

Proqramın şərtləri:

Təcrübə proqramının iş qrafiki həftə içi 5 gün, saat 09:00 – 18:00 olmaqla nəzərdə tutulur.

Nahar Fasiləsi bir saatdır (13:00 – 14:00), şirkət tərəfindən nahar təmin olunması nəzərdə tutulmamışdır.

Təcrübə proqramı 2 ay müddətində davam edəcək və tərəflərin razılığı əsasında 6 aya qədər uzadıla bilər.

Fəaliyyət sahəsindən asılı olaraq vəzifə öhdəlikləri iş yerində yazılı və ya şifahi formada təcrübə rəhbəri tərəfindən təqdim olunacaqdır.

Təcrübəçilərə işlə təmin olunma zəmanəti verilmir.

Namizədə qoyulan tələblər:

Hal-hazırda ali təhsilini davam etdirməli və ya son iki ildə ali təhsil müəssisələrindən məzun olmalıdır.

Ofis Proqramlarında sərbəst işləyə bilməli;

Rus/Ingilis dillərindən ən az birini yaxşı səviyyədə bilməli;

Aqrar sahəyə və ya qida sektoruna xüsusi marağı olmalı;

Həvəsli, məsuliyyətli və çalışqan və dürüst olmalı;

Araşdırma bacarıqları olmalı;

Yaradıcı və analitik düşüncə, problem həll etmə bacarıqlarına sahib olmalı;

Təşəbbüskar olmalı və daim yeni təkliflər irəli sürməli;

Ünsiyyətcil, pozitiv və gülərüz olmalı, komandada işləmə bacarığı olmalı;

Yüksək işgüzar etika nümayiş etdirməlidir;

Müraciət etdiyi sahə üzrə təməl biliklərə sahib olmalıdır.

Son müraciət tarixi: 26.06.2019-cu il

Ödənişli yay təcrübə proqramında iştirak etmək istəyən namizədlər öz CV-lərini hr@agrotrade.gov.az elektron poçt ünvanına göndərməlidirlər. E-mailin başlığında seçilən istiqamət qeyd olunmalıdır. Daxil olmuş müraciətlər arasından seçilmiş uğurlu namizədlərlə 28 iyun tarixinədək əlaqə saxlanılacaqdır.