Dərs ili sentyabrın 1-dən başlayacaqmı? – Nazir münasibət bildirib | Təhsil Elanları
Dərs ili sentyabrın 1-dən başlayacaqmı? – Nazir münasibət bildirib
Bölmə:Xəbərlər 305 dəfə oxunub
14.06.2019

“Nazirlər Kabinetinin müvafiq qərarı ilə 2015-ci ildən etibarən tədris ili sentyabrın 15-i başlayır və iyun ayının 14-dək davam edir. Yeni hazırlanan dərsliklər 32 deyil, 34 həftəlik tədris ili üçün hesablanır. Bu illər ərzində tənzimlənməmiş dərsliklərlə bağlı Təhsil İnstitutu tərəfindən metodik tövsiyələr hazırlanaraq yerlərə göndərilib ki, mövcud dərsliklər 32 deyil, 34 həftəlik tədris ili üzrə təşkil oluna bilsin”.

APA-nın məlumatına görə, bu sözləri Təhsil naziri Ceyhun Bayramov tədris ilinin iyunun 14-də bitməsi ilə bağlı narazılıqlara münasibət bildirərkən deyib.

Nazir qeyd edib ki, dərs ilinin müddətinin dəyişdirilməsi məsələsində orta aylıq hava temperaturu ilə bağlı məlumatlar da nəzərə alınıb: “Sentyabr ayının ilk iki həftəsi ilə iyun ayının ilk iki həftəsinin orta aylıq temperaturları arasında fərq yoxdur. Orta aylıq temperatur hesablanarkən son 10 ilin temperaturu nəzərə alınıb”.