Yalnız dosent elmi adı olan şəxslərə professor adı veriləcək | Təhsil Elanları
Yalnız dosent elmi adı olan şəxslərə professor adı veriləcək
Bölmə:Xəbərlər 246 dəfə oxunub
12.06.2019

Yalnız dosent elmi adı olan şəxslərə professor adı veriləcək.

APA-nın məlumatına görə, bu barədə Prezident İlham Əliyevin fərmanı ilə təsdiqlənən “Elmi adlar verilməsi qaydası haqqında Əsasnamə”-də bildirilib.

Sənəddə qeyd edilib ki, elmi adları mülkiyyət formasından asılı olmayaraq elmi müəssisə və təşkilatların, ali təhsil müəssisələrinin elmi (elmi-texniki) şuralarının vəsatətləri əsasında Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının təsdiq etdiyi“Azərbaycan Respublikasında elmi və elmi-pedaqoji işçilərə elmi dərəcələr verilməsinə dair ixtisasların nomenklaturu”na daxil olan ixtisaslardan biri üzrə Komissiya verir.

Fərmanın 1.6-cı bəndində isə qeyd edilib ki, professor elmi adı yalnız dosent elmi adı olan şəxslərə verilir.