Dövlət qulluğuna qəbul olunmaq istəyən şəxslərin nəzərinə! | Təhsil Elanları
Dövlət qulluğuna qəbul olunmaq istəyən şəxslərin nəzərinə!
Bölmə:Dövlət qulluğu 597 dəfə oxunub
08.06.2019

DİM dövlət qulluğuna qəbul olunmaq istəyən şəxslərə kömək məqsədi ilə “500 test tapşırığı” adlı  toplu nəşr edib

Bu topluya dövlət qulluğuna qəbul üzrə müsabiqənin test imtahanı mərhələsində yoxlanılan bilik sahələri (Azərbaycan dili, qanunvericilik, informasiya texnologiyaları və məntiqi təfəkkürün yoxlanılması) üzrə imtahan proqramları əsasında hazırlanmış test tapşırıqları daxil edilib. Toplu test imtahanının modelinə uyğun olaraq AA, AB, AC, BA və BB vəzifə qrupları üzrə beş variant üzrə tərtib olunub və hər variant 100 test tapşırığından ibarətdir. Müvafiq vəzifə qruplarına aid proqramlar əsasında tərtib olunmuş tapşırıqlardan ibarət hər bir variant test imtahanının məzmunu (test tapşırıqlarının sayı, tipi və forması, mürəkkəblik dərəcəsinə görə paylanması) nəzərə alınmaqla hazırlanıb. Topluda hər bir vəzifə qrupuna uyğun hazırlanmış varianta daxil edilmiş test tapşırığı nümunələrinin düzgün cavabları da verilib.

Kitabı DİM-in aşağıdakı ünvanlarda yerləşən binalarındakı "Abituriyent" satış köşklərindən, həmçinin kitab mağazalarından almaq olar:

  • Bakı şəhəri, Yasamal rayonu, M.Müşfiq küçəsi, 1M;
  • Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi, 28.