Orta ixtisas təhsili müəssisələrinin məsul şəxslərinin nəzərinə! | Təhsil Elanları
Orta ixtisas təhsili müəssisələrinin məsul şəxslərinin nəzərinə!
Bölmə:Xəbərlər 500 dəfə oxunub
03.06.2019

Qəbul imtahanlarında iştirak etmədən ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul olmaq istəyən subbakalavrların elektron ərizələrinin təqdim edilməsi üçün TƏLİMAT

Təhsil müəssisələri subbakalavrlara ümumi orta müvəffəqiyyət göstəricisi (ÜOMG) və attestat üzrə yekun qiymətlərin ədədi ortası (AYQƏO) üzrə arayış verərkən həmin arayış məlumatlarını “Tələb-məzun” dövlət elektron məlumat sisteminə daxil edərək təsdiqləməlidirlər. Yalnız arayış məlumatları sistemə daxil edilmiş subbakalavrlar ali təhsil müəssisələrinə qəbul müsabiqəsində imtahan vermədən iştirak etmək üçün Dövlət İmtahan Mərkəzinə elektron ərizə ilə müraciət edə biləcəklər. Arayış məlumatları “Tələbə-məzun” sisteminə daxil edilməyən və təsdiqlənməyən subbakalavrlar müsabiqədə iştirak edə bilməyəcəklər. Arayış məlumatları təhsil müəssisələri tərəfindən sistemə düzgün daxil edilməlidir.

Diqqət! ÜOMG və AYQƏO üzrə arayış yalnız subbakalvr peşə-ixtisas dərəcəsi almış şəxslərə verilir. Təhsil müəssisələri sistemə daxil edilmiş arayış məlumatlarının həqiqiliyinə məsuliyyət daşıyır.

Subbakalvr ixtisas dərəcəsi almış məzunların orta müvəffəqiyyət göstəricisi (ÜOMG) və attestat üzrə yekun qiymətlərin ədədi ortası (AYQƏO) üzrə  arayış məlumatlarının “Tələb-məzun” dövlət elektron məlumat sisteminə daxil edilməsi haqqında Təlimat  müvafiq sistem üzrə məsul şəxslərə göndərilib."