Gənclər üçün təcrübə proqramı - ÖDƏNİŞLİ | Təhsil Elanları
Gənclər üçün təcrübə proqramı - ÖDƏNİŞLİ
Bölmə:Elanlar 470 dəfə oxunub
23.05.2019

İşləmək arzusunda olan, öyrənməyə həvəsli, şəxsi inkişafı, peşəkar vərdişləri və praktiki biliklərini artırmağa maraqlı olan, təşəbbüskar, komandada işləməyi bacaran və yüksək ixtisas biliklərinə sahib gənclər üçün təcrübə proqramı elan edirik!

Təcrübəyə seçim müsahibə əsasında və bir neçə mərhələdən ibarət olmaqla həyata keçirilir:

1. Testləşdirmə - Məntiqi təfəkkür; Psixoloji; Dil və Komputer biliklərinin yoxlanılması məqsədilə test imtahanları

2. Müsahibə.

Müsahibə və testlərdən uğurla keçən namizədlərə 2-4 həftə təcrübə müddəti təyin olunur. Həmin müddət ərzində təlim keçiriləcək. Təlim sonunda iştirakçılar imtahan olunacaq. Yetərli bal toplayan 5nəfərin sonda işlə təmin olunma məsələsinə baxılması nəzərdə tutulmuşdur.

Təcrübə proqramında iddiaçı olmaq üçün gənclər aşağıda qeyd olunan bütün tələblərə cavab verməlidir:

- Azərbaycan Respublikasının vətəndaşı

- Riyazi yönümlü tam və ya Natamam-Ali təhsil (Məzun və sonuncu kursda təhsil alan tələbə)

- Səlis nitq

- Əlavə dil bilgiləri (intermediate)

- Sərbəst şəkildə komputer biliyi (Microsoft office - advance)

- Məntiqi təfəkkür

Ofis XIRDALANda yerləşdiyi üçün yaxın ərazilərdən namizədlərin müraciət etməsi daha arzu ediləndir.

Təcrübə proqramına qoşulmaq istəyənlərdən hr@at-geotech.com ünvanına CV formalarını göndərərkən mövzu yerində "Təcrübə Proqramı" qeyd etmələri xahiş olunur.

Təcrübə proqramında yalnız yol pulu qarşılanacaqdır. 
Seçilmiş namizədlərin əmək haqqısı 250-300 AZN