Gənclər Fondu "Xaricdə təhsil" Proqramını elan edir. | Təhsil Elanları
Gənclər Fondu "Xaricdə təhsil" Proqramını elan edir.
Bölmə:Xaricdə Təhsil 826 dəfə oxunub
23.05.2019

Bu gündən etibarən Azərbaycan Respublikasının Gənclər Fondu gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsilinin maliyyələşdirilməsi üzrə müsabiqəyə start verir.
Avropanın nüfuzlu ali təhsil müəssisələrində 74 ixtisas istiqaməti üzrə magistr pilləsinə qəbul olmuş gənclər (16-29 yaş arasında Azərbaycan Respublikasının vətəndaşları) Fondun rəsmi internet səhifəsində (www.youthfoundation.az) qeydiyyatdan keçib, tələb olunan sənədləri onlayn qaydada təqdim etməklə müsabiqədə iştirak edə bilərlər.

Həmçinin, ABŞ və Böyük Britaniyanın ilk ali təhsil müəssisələrinin beynəlxalq reytinqində ilk 100-lükdə yer alan universitetlərdə magistr pilləsi üzrə təqaüd qazanmış gənclər də nəqliyyat və yaşayış xərclərinin qarşılanması ilə bağlı Gənclər Fonduna müraciət edə bilərlər.
Müraciətçilər prioritet ixtisasların siyahısı, seçim meyarları, müraciətin forma və şərtləri, tələb olunan sənədlər, müraciətə baxış mərhələləri, Gənclər Fondu tərəfindən qarşılanacaq xərclər barədə ətraflı məlumatı aşağıdakı linkdən əldə edə bilərlər.
Məlumat üçün: https://youthfoundation.az/47742

Son müraciət tarixi: 23 iyun 2019-cu il, saat 18:00.