Gənclər üçün təcrübə proqramı - ÖDƏNİŞLİ | Təhsil Elanları
Gənclər üçün təcrübə proqramı - ÖDƏNİŞLİ
Bölmə:Elanlar 420 dəfə oxunub
19.05.2019

Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyası (ANİİA) təcrübə keçmək arzusunda olan gəncləri təcrübə proqramına seçimdə iştirak etməyə dəvət edir. Təcrübə proqramı 6 ay davam edəcək.

İşin təsviri:

- Təlimlərin, tədbirlərin təşkil olunması

- Həftəlik bülletenlərin hazırlanması

- Kənd Təsərrüfatı sahəsində araşdırmaların aparılması, icmalların hazırlanması

- Daxil olan və çıxan emailləri nəzarətdə saxlamaq, cavablandırmaq və arxivləşdirmək

- Müvafiq sənədlərin tərtibi və arxivləşdirilməsi

- Üzvlərlə əlaqə saxlamaq, onlarla müntəzəm işləmək.

Namizədə tələblər:

- Təcrübəyə tam gün cəlb olunmaq imkanı olan

- Rus və ingilis dillərini bilən

- Əla ünsiyyətqurma və təqdimetmə bacarığına sahib olan

- Dəqiq, məsuliyyətli və məqsədyönlü

- Kollektivdə işləməyi bacaran, xoşrəftar, operativ, yaradıcı.

Təcrübə proqramında iştirak edən gənclər təqaüd və naharla təmin edilir.

E - mail : info@pomegranate.az