Magistraturaya qəbul imtahanının II mərhələsində iştirak edəcək bakalavrların nəzərinə! | Təhsil Elanları
Magistraturaya qəbul imtahanının II mərhələsində iştirak edəcək bakalavrların nəzərinə!
Bölmə:Magistratura 382 dəfə oxunub
16.05.2019

Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul imtahanında iştirak edəcək bakalavrlar "İmtahana buraxılış vərəqəsi"ni çap edə bilərlər

Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına  qəbul imtahanının II mərhələsi mayın 26-da keçiriləcəkdir.

Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul imtahanında iştirak edəcək bakalavrlar (68, 69 və 70 nömrəli qəbul proqramlarını seçənlər istisna olmaqla) "İmtahana buraxılış vərəqəsi"ni çap edə bilərlər.

Buraxılış vərəqəsini çap etmək üçün https://www.e-gov.az/az/services/read/2516/0?tqdk_xdm=8 linkinə daxil olmaq lazımdır.

Qeyd edək ki, namizəd imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və “İmtahana buraxılış vərəqəsi”ni mütləq gətirməlidir. Göstərilən sənədlərdən hər hansı biri olmazsa və ya sənədlər arasında uyğunsuzluq olarsa, bakalavr imtahana buraxılmayacaq.