SOCAR-da Ödənişli istehsalat təcrübəsi imkanı | Təhsil Elanları
SOCAR-da Ödənişli istehsalat təcrübəsi imkanı
Bölmə:Elanlar 971 dəfə oxunub
01.05.2019

SOCAR Azərbaycan Respublikasının və xarici ölkələrin müxtəlif ali məktəblərində təhsil alan Azərbaycan vətəndaşı olan, öyrənməyə həvəsli, şəxsi inkişafı, peşəkar vərdişləri və praktiki biliklərini artırmağa maraqlı olan, təşəbbüskar, komandada işləməyi bacaran, ixtisasını sevən və yüksək ixtisas biliklərinə sahib gənclərə neft və qaz sənayesində istehsalat təcrübəsi keçmək imkanı yaradır.

Gənclərin ödənişli istehsalat təcrübəsi SOCAR-ın tərkibində olan müəssisə və təşkilatlarda tələb olunan ixtisaslara uyğun olaraq 2 ay təcrübə müddəti olmaqla təşkil ediləcəkdir. SOCAR-ın strukturuna daxil olan qurumlarda, quruda ödənişli istehsalat təcrübəsi keçən gənclərə 200 AZN(vergilər daxil olmaqla), dəniz şəraitində istehsalat təcrübəsi keçən gənclərə 300 AZN (vergilər daxil olmaqla) məbləğində ödəniş nəzərdə tutulmuşdur. Təcrübə müddətinin sonunda bütün təcrübəçilərə fəaliyyətləri barədə istehsalat xasiyyətnaməsinin təqdim olunması, fəaliyyəti barədə müsbət rəy almış və SOCAR-da işləmək arzusu olan gənclərin kadr tələbatına uyğun olaraq müsahibə yolu ilə işlə təmin olunma məsələsinə baxılması nəzərdə tutulmuşdur.

Təcrübəyə aşağıdakı ixtisaslar üzrə (Bakı Ali Neft Məktəbi istisna olmaqla) Azərbaycan Respublikası və xarici ölkələrin ali təhsil müəssisələrində təhsilini bitirməkdə olan tələbələr, həmçinin məzunlar müraciət edə bilərlər. (İxtisasların siyahısı illik kadr tələbatına uyğun olaraq formalaşdırılır və tələbatdan asılı olaraq, dəyişdirilə bilər)

Gənclərin ödənişli istehsalat təcrübəsi proqramında iddiaçı olmaq üçün gənclər aşağıda qeyd olunan bütün tələblərə cavab verməlidir:

  • Azərbaycan Respublikasının vətəndaşı olmalı;
  • Məzunlar tələb olunan ixtisaslar üzrə təhsil pilləsini son 3 tədris ilində bitirməli;
  • Tələbələr tələb olunan ixtisaslar üzrə bakalavr pilləsinin sonuncu kursunda (sonuncu semester) və ya magistratura pilləsində təhsil almalıdır;

Təcrübəyə seçim müsabiqə əsasında və 2 mərhələdən ibarət olmaqla həyata keçirilir:

  • I mərhələ - Müsabiqəyə müraciət edənlərin ixtisas, məntiqi təfəkkür, kompüter bilikləri və SOCAR və Azərbaycan haqqında biliklərinin yoxlanılması məqsədilə test imtahanı;
  • II mərhələ - İxtisas qrupları üzrə müvafiq keçid balını toplayanlar üçün müsahibələr;

Yuxarıda qeyd olunan şərtlərə cavab verən SOCAR-ın cari il üzrə daxili təqaüd proqramının qalibləri proqrama müsabiqədən kənar qoşulmaq imkanı əldə edirlər.

Gənclərin istehsalat təcrübəsi proqramında iştirak etmək üçün iddiaçılar fərdi qaydada aşağıdakı ixtisaslar üzrə elektron qeydiyyatdan keçməlidirlər.

“İxtisas qrupları (Sumqayıt şəhəri)” üzrə müraciət edənlər təcrübə prosesini Sumqayıt şəhərində keçəcəklər.

“SOCAR-da Ödənişli İstehsalat Təcrübə Proqramı” ilə əlaqədar əlavə suallarınızı hr@socar.az ünvanına göndərə bilərsiniz.

MÜRACİƏT ET

İdentifikasiya
nömrəsi
 
İxtisas sahəsinin adı  
Müraciət üçün
son tarix
 
Müraciət üçün  
 
17395 İstilik qaz təchizatı (Şəmkir rayonu üzrə) 10.05.2019 Müraciət et
17394 Qaz təsərrüfatında iqtisadiyyat və idarəetmə (Şəmkir rayonu üzrə) 10.05.2019 Müraciət et
17405 İstilik, qaz təchizatı (Lənkəran, Cəlilabad, Biləsuvar rayonları üzrə) 15.05.2019 Müraciət et
17406 İstilik qaz təchizatı (Salyan, Neftçala rayonları üzrə) 15.05.2019 Müraciət et
17407 İstilik qaz təchizatı (Xaçmaz rayonu üzrə) 15.05.2019 Müraciət et
17404 İstilik qaz təchizatı (Ağsu Kürdəmir rayonları üzrə) 15.05.2019 Müraciət et
17402 İstilik qaz təchizatı (Yevlax, Ağcabədi, Tərtər, Bərdə rayonları üzrə) 15.05.2019 Müraciət et
17403 İstilik qaz təchizatı (Gəncə, Goranboy rayonları üzrə) 15.05.2019 Müraciət et
17400 Qaz təsərrüfatında iqtisadiyyat və idarəetmə (Xaçmaz rayonu üzrə) 15.05.2019 Müraciət et
17401 Qaz təsərrüfatında iqtisadiyyat və idarəetmə (Zaqatala rayonu üzrə) 15.05.2019 Müraciət et
17399 Qaz təsərrüfatında iqtisadiyyat və idarəetmə (Salyan, Neftçala rayonları üzrə) 15.05.2019 Müraciət et
17398 Qaz təsərrüfatında iqtisadiyyat və idarəetmə (Lənkəran, Cəlilabad, Biləsuvar rayonları üzrə) 15.05.2019 Müraciət et
17397 Qaz təsərrüfatında iqtisadiyyat və idarəetmə (Gəncə, Goranboy rayonları üzrə) 15.05.2019 Müraciət et
17396 Qaz təsərrüfatında iqtisadiyyat və idarəetmə (Ağsu Kürdəmir rayonları üzrə) 15.05.2019 Müraciət et
17389 İstilik qaz təchizatı (Zaqatala rayonu üzrə) 15.05.2019 Müraciət et
17387 Qaz təsərrüfatında iqtisadiyyat və idarəetmə (Yevlax, Ağcabədi, Tərtər,Bərdə rayonları üzrə) 15.05.2019 Müraciət et
17392 Mexanika (Sumqayıt) 07.05.2019 Müraciət et
17393 Fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi (Sumqayıt) 07.05.2019 Müraciət et
17390 İnformasiya və kommunikasiya texnologiyaları (proqramlaşdırma) 10.05.2019 Müraciət et
17388 İnformasiya və kommunikasiya texnologiyaları (texniki dəstək) 10.05.2019 Müraciət et
17385 Kimya Texnologiya (Sumqayıt) 15.05.2019 Müraciət et
17384 Energetika (Sumqayıt) 15.05.2019 Müraciət et
17383 NÖC və Avtomatika (Sumqayıt) 15.05.2019 Müraciət et
17382 Avtomobil nəqliyyatı 15.05.2019 Müraciət et
17386 İnşaat/Təmir-tikinti (Sumqayıt) 15.05.2019 Müraciət et
17381 İnşaat/Təmir-tikinti 10.05.2019 Müraciət et
17380 Geologiya 15.05.2019 Müraciət et
17379 Geofizika 15.05.2019 Müraciət et
17378 İqtisadiyyat, maliyyə və mühasibatlıq 15.05.2019 Müraciət et
17377 Fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi 15.05.2019 Müraciət et
17376 Qaz təsərrüfatında iqtisadiyyat və idarəetmə 15.05.2019 Müraciət et
17375 İnformasiya və kommunikasiya texnologiyaları (avadanlıqların təmiri, quraşdırılması və xidməti) 15.05.2019 Müraciət et
17373 İstilik, qaz təchizatı və ventilyasiya 20.05.2019 Müraciət et
17372 Qaz-neft-mədən mühəndisliyi 20.05.2019 Müraciət et
17371 Mexanika 20.05.2019 Müraciət et
17367 Energetika 20.05.2019 Müraciət et
17370 Kimya Texnologiya 20.05.2019 Müraciət et
||Hide