ÖDƏNİŞSİZ "Abituriyent Hazırlıq Kursu"na qeydiyyat başladı | Təhsil Elanları
ÖDƏNİŞSİZ "Abituriyent Hazırlıq Kursu"na qeydiyyat başladı
Bölmə:Elanlar 318 dəfə oxunub
24.04.2019

Əziz abituriyentlər, bu dəfə xəbərimiz sizədir!
ÖDƏNİŞSİZ "Abituriyent Hazırlıq Kursu"na qəbul imtahanı keçirilir 
Layihə aztəminatlı və müəyyən səbəblərdən universitet qəbul imtahanına hazırlaşa bilməyən şagirdlər üçün nəzərdə tutulmuşdur. Layihə çərçivəsində Gənclərin İnkişaf və Karyera Mərkəzinin müəllimləri tərəfindən:
- qısaldılmış, xüsusi proqram əsasında dərslər;
- testlə işləmə üsulları;
- imtahan həyəcanına necə qalib gəlməli?!;
- müasir qəbul proqramının əsas nəzəriyyəsi;
- diskussiyalar;
- motivasiya yönümlü təlimlər keçiriləcəkdir.

Qeyd edək ki, layihə məhz bu yay imtahan verəcək şagirdlərə aiddir.
Dostlar, təhsil almaq hər kəsin haqqıdır və bütün uşaqların yaxşı təhsil almaq şansı olmalıdır. Bu postu paylaşaraq daha çox insanın görməsinə, daha çox gəncin uğur qazanmasına siz də dəstək olun. Təhsil gələcəyimizdir, gələcəyimizi birlikdə quraq