Bakı Beynəlxalq Dəniz Ticarət Limanı QSC təcrübə proqramı elan edir | Təhsil Elanları
Bakı Beynəlxalq Dəniz Ticarət Limanı QSC təcrübə proqramı elan edir
Bölmə:Elanlar 848 dəfə oxunub
22.04.2019

Bakı Beynəlxalq Dəniz Ticarət Limanı QSC təcrübə proqramı elan edir. 

SAHƏLƏR
İnsan Resursları, Keyfiyyətin idarəedilməsi, Beynəlxalq əlaqələr, Satış və marketinq, İnformasiya texnologiyaları, Strateji planlama, Sənədlərlə iş, Elektrik və energetika, Yükaşırma əməliyyatları, Mühəndislik və mexanizasiya, Donanma və dəniz xidməti, Təchizat anbarı, Təsərrüfat sahəsi

Təcrübə proqramı Ödənişsiz.

TƏLƏBLƏR:

Dil bilikləri:
- Azərbaycan – Sərbəst
- İngilis dili – Yaxşı
- Rus dili     -  Arzuolunandır

Təhsili: Minimum bakalavr (3-cü kursu bitirən tələbələr);
Kompüter bacarığı: MS proqramlarında işləmə bacarığı;

Digər səriştəlikləri:
- Ünsiyyətcil
- Təşəbbüskar
- Öyrənməyə və inkişafa meyilli
 

İş yeri: Baş ofis: Üzeyir Hacıbəyov küç 140 və Ələt qəsəbəsi, Bərə terminalı

İş qrafiki: Baş ofis saat 09:00-18:00, terminal saat 08:00- 17:00

Təcrübə müddəti: 3 aya kimi

Təcrübə proqramını uğurla bitirmiş hər bir şəxsə sertifikat təqdim edilir. Eyni zamanda təcrübə proqramını uğurla başa vurmuş şəxslərə işə qəbul zamanı üstünlük verilir.

Maraqlanan şəxslərin aşağıda qeyd olunan linkdən qeydiyyatdan keçmələri tələb olunur.

http://tecrube.portofbaku.com/