Dövlət qulluğuna qəbul imtahanının proqramında dəyişikliklər edilib | Təhsil Elanları
Dövlət qulluğuna qəbul imtahanının proqramında dəyişikliklər edilib
Bölmə:Dövlət qulluğu 598 dəfə oxunub
22.04.2019

“Azərbaycan Respublikasının Dövlət Gerbindən istifadə qaydaları haqqında” Azərbaycan Respublikasının 19 fevral 2019-cu il tarixli 1511-VQ nömrəli və “Azərbaycan Respublikasının Dövlət Himnindən istifadə qaydaları haqqında” Azərbaycan Respublikasının 19 fevral 2019-cu il tarixli 1512-VQ nömrəli qanunlarının qüvvəyə minməsi ilə əlaqədar olaraq dövlət qulluğuna qəbul üzrə müsabiqənin test imtahanı mərhələsinin qanunvericilik proqramında aşağıdakı dəyişikliklər edilib:

1. “Azərbaycan Respublikasının Dövlət gerbi haqqında Əsasnamə” “Azərbaycan Respublikasının Dövlət Gerbindən istifadə qaydaları haqqında” Azərbaycan Respublikasının Qanunu” ilə əvəz edilib.

2. “Azərbaycan Respublikasının Dövlət himni haqqında Əsasnamə” “Azərbaycan Respublikasının Dövlət Himnindən istifadə qaydaları haqqında” Azərbaycan Respublikasının Qanunu” ilə əvəz edilib.

Test imtahanı proqramları ilə daha ətraflı buradan tanış ola bilərsiniz.