“Valideyn daim müəllim, sinif rəhbəri ilə ünsiyyətdə olmalıdır” – Nazir | Təhsil Elanları
“Valideyn daim müəllim, sinif rəhbəri ilə ünsiyyətdə olmalıdır” – Nazir
Bölmə:Xəbərlər 227 dəfə oxunub
19.04.2019

“Valideynlərin uşaqlarla birlikdə vaxt keçirməsi, onlarla birlikdə masa arxasında əyləşməsinin müsbət təsirləri var”.

“Report” xəbər verir ki, bunu təhsil naziri Ceyhun Bayramov “ASAN Radio”nun “QəbuldASAN” proqramında deyib.

Onun sözlərinə görə, valideyn daim müəllim, sinif rəhbəri ilə ünsiyyətdə olmalıdır: “Eyni zamanda müəllim də valideynlərə tövsiyə edirsə, bu da valideynlər tərəfindən normal qarşılanmalıdır”.