“Layihələrin İdarə Edilməsi Mərhələlər!" adlı ÖDƏNİŞSİZ seminar | Təhsil Elanları
“Layihələrin İdarə Edilməsi Mərhələlər!" adlı ÖDƏNİŞSİZ seminar
Bölmə:Təlimlər / Trainings 571 dəfə oxunub
17.04.2019

The Secret Business Academy sizləri “Layihələrin İdarə Edilməsi –Mərhələlər!" adlı ÖDƏNİŞSİZ seminara dəvət edir 

Seminar “Layihə Meneceri” kimi fəaliyyət göstərən və praktiki biliklər əldə edərək biliklərini təkmilləşdirmək istəyən, eyni zamanda bu sahəyə marağı olan və ilkin zəruri biliklər əldə edərək qısa zamanda peşəkar olmaq istəyən şəxslər üçün nəzərdə tutulmuşdur ❗️

Seminarda iştirak etməklə “Layihələrin İdarə Edilməsi” təlim paketinin “Layihə İdarəetməsinin Mərhələləri” modulu üzrə praktiki və nəzəri biliklər əldə edəcəksiniz ✔️

Təlimçi haqqında:
Fəqan Hüseynov 18 ildən artıq müxtəlif layihələrin idaərolunması və icrası işində təcrübəyə malikdir. Amerika Birləşmiş Ştatları, Avropa və Asiyanın bir neçə ölkəsində keçirilən 100-dən çox təlim, təcrübə proqramları, konfrans və seminarların məzunu və iştirakçısıdır. Beynəlxalq sertifikatlı fasilitator və təlimçidir. Hazırda müxtəlif yerli və Beynəlxalq layihələrinin rəhbəridir. Azərbaycan Respublikası Təhsil nazirliyi, “Azərbaycan üçün öyrət” təhsil proqramı, “Divarsız Məktəb” təhsil konsepsiyası, eyni zamanda bir çox özəl və Beynəlxalq məktəblərdə təhsil idarəetmə təcrübələri vardır. Hazırda Azərbaycan Skautlar Assosiasiyasının Milli Baş Müvəkkilidir. Peşəkar olaraq təhsil idarəetməsi ilə, həvəskar olaraq isə layihə idarəçiliyi, konfliktlərin idarəolunması, ünsiyyət, komanda quruculuğu, fərdi motivasiya, heyətin idarə olunması, könüllülərlə iş və s. istiqamətlərdə təlimlər keçir.

Seminarın tarixi: 20 Aprel / 13:00
Seminarın davametmə müddəti: 2 saat
Seminarda iştirak ödənişsizdir.

Qeydiyyat üçün keçid: https://bit.ly/2WYhNcN

Müraciət üçün son tarix: 19.04.2019

Qeyd: İştirakçılar “Layihələrin İdarə Edilməsi” 1 aylıq təlim paketi üzrə təlimlərə 10% endirim əldə edəcəkdir 

Təlim proqramı ilə buradan tanış ola bilərsiniz: https://bit.ly/2uTRKHN

 Detallı məlumat əldə etmək və təlimlərə qoşulmaq üçün mərkəzimizə yaxınlaşa və ya qeyd olunmuş nömrələrlə əlaqə saxlaya bilərsiniz.

Ünvan: Cəfər Cabbarlı 44, Nizami m-nun yaxınlığı. 
Caspian Plaza ll korpus 16-cı mərtəbə (Baş ofis).

 Ümumi məlumat şöbəsi:
 +99412 594 27 49

 WhatsApp:
+99455 655 95 16