“Young Engineer” adlı Təcrübə Proqramı | Təhsil Elanları
“Young Engineer” adlı Təcrübə Proqramı
Bölmə:Elanlar 432 dəfə oxunub
17.04.2019

Sumqayıt Texnologiyalar Parkı MMC “Young Engineer” adlı Təcrübə Proqramı elan edir.
Təcrübə proqramı 01.06.2019-31.08.2019-cu il tarixlərini əhatə edəcək. Layihənin məqsədi mühəndislik ixtisaslar üzrə təhsil alan,tələbələri təcrübi biliklərə yiyələndirməkdir. İştirakçıların təcrübi biliklərə yiyələnməsi, proqramın real tətbiqi məqsəd ilə STP MMC-nin zavodlarında real iş prosesi ilə yaxından tanış olma şansları olacaq.
Tələb olunan ixtisasların siyahısı:
Kimya mühəndisliyi,
İnşaat mühəndisliyi,
Mexanika mühəndisliyi,

Sənayenin təşkili və idarə edilməsi

Namizədlərə olan tələblər:
Ortalama göstəricisi 75-dən yuxarı olan, 3-cü və 4-cü kurs və magistratura dərəcəsində təhsil alan tələbələrə, həmçinin son 2 ildə məzun olmuş gənclərə şamil edilir (təcrübəli namizədlərə mövcud olan vakansiyalara uyğun birbaşa iş təklifləri oluna bilər).
Təcrübə müddəti başa çatdıqdan sonra yüksək nəticələr əldə edən təcrübəçilərə, təcrübə və ixtisasına uyğun olaraq (Şirkətdə uyğun vakansiya olduğu halda) daimi iş yeri təklif oluna bilər.
Layihədə qeydiyyatdan keçmiş və müsahibə əsasında uğurlu hesab edilən şəxslər iştirak edəcəklər.
Müraciət üçün: CV-nizi mövzu hissəsində “Young Engineer” yazmaqla a.akberova@stp.az elektron poçt ünvanına göndərə bilərsiz.

Qeyd: Son müraciət tarixi 30 Aprel 2019-cu il