Tələbələr və gənc startapçılar üçün müsabiqə | Təhsil Elanları
Tələbələr və gənc startapçılar üçün müsabiqə
Bölmə:Elanlar 310 dəfə oxunub
17.04.2019

Əziz tələbələr və gənc startapçılar!
25.000 funt sterlinq pul mükafatı qazanmaq, yaxud Birləşmiş Krallığa səfərə getmək istəyirsən? Bəs professional biznes dəstəyi necə?
Artıq start götürən “Creative Spark” (Yaradıcı Qığılcım) layihəsinin “Big IDEA” adlı ideya və fikir yarışı sizə belə bir imkan yaradır. Britaniya Şurasının (British Council) təşəbbüsü ilə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin İngiltərənin Newcastle Universiteti ilə birgə layihəsinə sən də qoşul, şans qazan. Yarışmanın ilk seçim mərhələsində iştirak etmək üçün aşağıdakı link-dən qeydiyyat keçmək kifayətdir.
www.enterpriseazerbaijan.com/creativespark

*Qeydiyyat zamanı linkdəki qaydalarla öncədən tanış olun. 
Qeydiyyat üçün son tarix : Şənbə, 27 Aprel 2019 12:00