Global Volunteer UNECdə! | Təhsil Elanları
Global Volunteer UNECdə!
Bölmə:Təlimlər / Trainings 594 dəfə oxunub
07.04.2019

Əziz UNEC tələbələri,

Çox saylı istəklərinizi nəzərə alaraq,
"Global Volunteer" layihəsi bu dəfə UNECin Gənclik korpusunda görüşünüzə gəlir!

Əgər siz də xaricdə praktiki iş təcrübəsi qazanmaq ,müxtəlif ölkələrdən olan insanlarla görüşmək,yeni mədəniyyətlərlə tanış olmaq və müxtəlif ölkələri kəşf etmək istəyirsənizsə o zaman tədbirimizi qaçırmayın!

Global Volunteer xaricdə 6-8 həftəni əhatə edən təcrübə proqramıdır. Siz seçdiyiniz xarici ölkədə sosial layihələrdə iştirak etməklə həm praktiki iş təcrübəsi, həm də beynəlxalq dostlar qazana bilərsiniz. Son 5-il ərzində 650-dən çox Azərbaycan gənci bu proqramla xaricdəki təcrübə proqramlarından yararlanıb.

"Global Volunteer" haqqında daha ətraflı məlumat almaq və suallarınıza cavab tapmaq üçün sizləri UNECdə keçiriləcək tədbirimizə dəvət edirik!

Tədbir 10 Aprel saat 14:00-da Azərbaycan Dövlət İqtisad Universiteti, Gənclik korpusu, Kiçik akt zalında baş tutacaq.

Zəhmət olmasa iştirakınızı təsdiqləmək üçün qeydiyyat formu doldurun:https:http://bit.ly/GlobalVolunteerAze1