Maliyyə, mühasibatlıq və biznesin idarəedilməsi ixtisasları üzrə təhsil alan tələbə və yeni məzunlar üçün faydalı olacaq ÖDƏNİŞSİZ seminar | Təhsil Elanları
Maliyyə, mühasibatlıq və biznesin idarəedilməsi ixtisasları üzrə təhsil alan tələbə və yeni məzunlar üçün faydalı olacaq ÖDƏNİŞSİZ seminar
Bölmə:Təlimlər / Trainings 540 dəfə oxunub
04.04.2019

Maliyyə, mühasibatlıq və biznesin idarəedilməsi kimi ixtisaslar üzrə təhsil alan tələbə və yeni məzunlar üçün faydalı olacaq Big4 audit şirkətlərində karyera ilə bağlı ödənişsiz seminar 6 aprel saat 10:30-da Bakı Mühəndislik Universitetində keçiriləcəkdir.

Seminar hal-hazırda Big4 audit şirkətlərində çalışan şəxslər tərəfindən keçiriləcəkdir.

 Seminar zamanı Big4 şirkətləri barəsində məlumat veriləcək və Big4-da karyeraya başlamaq üçün tələblər, testlər, interview mərhələləri barəsində ətraflı müzakirələr aparılacaqdır. Həmçinin, tələbələri maraqlandıran digər suallar cavablandırılacaq.

 İştirak etmək üçün aşağıdakı müraciət formasının doldurulması xahiş olunur: http://bit.do/Big4

Qeyd: Seminarda digər universitetlərin tələbələri və məzunları da iştirak edə bilər.

Əlaqə nömrəsi:
+994(70) 422 85 65 (WhatsApp aktivdir)