“Azsaylı xalqların tarixi” adlı yeni şöbə yaradılıb | Təhsil Elanları
“Azsaylı xalqların tarixi” adlı yeni şöbə yaradılıb
Bölmə:AMEA 466 dəfə oxunub
04.04.2019

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunda struktur dəyişikliyi olub.

İnstitutdan “Report”a verilən məlumata görə, Elmi Şuranın qərarı ilə “Azsaylı xalqların tarixi” adlı yeni şöbə yaradılıb.

Bundan başqa, Mənbəşünaslıq və tarixşünaslıq şöbəsinin adı isə dəyişdirilərək Mənbəşünaslıq, tarixşünaslıq və tarixin nəzəriyyəsi şöbəsi adlandırılıb.