“Maliyyə bazarlarında praktik fəalyyət” mövzusunda seminar | Təhsil Elanları
“Maliyyə bazarlarında praktik fəalyyət” mövzusunda seminar
Bölmə:Təlimlər / Trainings 518 dəfə oxunub
31.03.2019

 Bu təlim Sizin üçündür!
“Azərbaycan Fond Bazarı İştirakçılarının Assosiasiyası” İctimai Birliyi, “İnvest-AZ İnvestisiya Şirkəti” QSC və UNEC Karyera Mərkəzinin birgə təşkilatçılığı ilə “Maliyyə bazarlarında praktik fəalyyət” mövzusunda seminar keçiriləcək.
3 aprel / saat 12:00 - 13:30
Cəmi iştirakçı sayı 80 nəfər. İlk gələn iştirak haqqı qazanacaq. 
UNEC, əsas tədris binası, Heydər Əliyev Mərkəzi (otaq 305)

Çıxışlar:
▪️Əli Hüseynli- “Azərbaycan Fond Bazarı İştirakçılarının Assosiasiyası” İctimai Birliyinin baş mütəxəssisi - “Azərbaycan kapital bazarları haqqında” - 15 dəqiqə 
▪️Təlimçi - Rövşən Məmmədov “İnvest-AZ İnvestisiya Şirkəti” QSC Tədis və analitika departamentinin baş mütəxəssisi- “Maliyyə bazarlarında praktik fəalyyət” - 70 dəq. 
▪️Sual - cavab

Seminarın planı 
1. Maliyyə bazarları-Birjalar haqqında, birjanın növləri, birjanın iştirakçıları. 
2. Birjada ticarətin motivləri. 
3. Maliyyə aktivlərinin alış və satışından mənfəət əldə etmək imkanı.
4. Marjinal ticarət. 
5. Meta Trader 4 proqram təminatının izahı. 
6. Analitik təhlil üsulları. 
7. Best İnvestor – yarışması.