DİM “Müəllimlər üçün intensiv peşəkar inkişaf təlimi və konsultasiya” proqramına iştirakçı qəbulu elan edir | Təhsil Elanları
DİM “Müəllimlər üçün intensiv peşəkar inkişaf təlimi və konsultasiya” proqramına iştirakçı qəbulu elan edir
Bölmə:Elanlar 396 dəfə oxunub
19.03.2019

“Müəllimlər üçün intensiv peşəkar inkişaf təlimi və konsultasiya” proqramı 2019-2020-ci illər üçün nəzərdə tutulub və amerikalı ingilis dili mütəxəssisi Natan Kar tərəfindən həyata keçiriləcək

Proqramın gündəliyində xarici dil üzrə Ümumavropa Çərçivə sənədinin (CEFR) təqdimatı, ingilis dili üzrə biliyin qiymətləndirilməsi zamanı bu çərçivə sənədindən istifadə ilə bağlı tövsiyələr, müxtəlif ingilis dili bacarıqlarının (dinləmə, oxu, yazı, danışıq) qiymətləndirilməsi barəsində xüsusi təlimlər nəzərdə tutulub.

Ekspert barəsində məlumat: Ph.D Nathan T. Carr “ingilis dili xarici dil kimi” sahəsində (EFL) müəllimlərin peşəkar inkişafı təlimlərini həyata keçirən təhsili qiymətləndirilməsi ilə məşğul olan ingilis dilinin əcnəbilər üçün tədrisi (TESOL) üzrə təcrübəli ekspertdir. İngilis dilinin tədrisi və qiymətləndirilməsi ilə bağlı çap olunmuş işlərindən əlavə, ekspert Qazaxıstan, Vyetnam, İndoneziya və Tayvan kimi bir sıra ölkələrin ali təhsil müəssisələrində müəllimlərin peşəkar inkişafı ilə bağlı təlimlər və seminarlar həyata keçirib.

İştirakçılar üçün əsas tələblər:

-  İngilis dili mütəxəssisi, müəllim və ya ölçmə-qiymətləndirmə, yoxlama işləri  ilə məşğul olan təhsil işçisi olmaq;

-  Təlimlərdə davamlı iştirak etmək;

-  DİM ilə əməkdaşlıq etməkdə maraqlı olmaq,

Təlim ingilis dilində keçirilir.

Təlimdə iştirak edənlər:

-   Buraxılış və qəbul imtahanları üçün nəzərdə tutulmuş, test tapşırıqlarının nümunələrinin müzakirəsində iştirak edəcəklər;

-   Test tapşırıqlarının və digər yoxlama-ölçmə materiallarının məxfiliyinin qorunmasını öhdələrinə götürməli və nəzərdə tutulan öhdəlikləri tam, keyfiyyətlə və vaxtında yerinə yetirməlidirlər.

Təlimdə iştirak etmək istəyən şəxslər CV-lərini 2019‑cu il mart ayının 26-dək a.agayeva@dim.gov.az elektron poçt ünvanına mövzu hissəsində “ELS program participant” yazaraq göndərə bilərlər. CV-lər təhlil edildikdən sonra proqramda iştirak üçün məhdud sayda namizədlər seçiləcək. Proqramın gündəliyini buradan yükləyə bilərsiniz.