BMU-da “Karyerada ilk addım” devizi altında əmək sərgisi keçiriləcək | Təhsil Elanları
BMU-da “Karyerada ilk addım” devizi altında əmək sərgisi keçiriləcək
Bölmə:Elanlar 360 dəfə oxunub
14.03.2019

BMU-da universitetin Müəssisələrlə Əlaqələr və Karyera departamenti, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birlikdə “Karyerada İlk addım” devizi altında əmək sərgisi təşkil olunacaq.

Sərgi 18 Mart 2019-cu il saat 09:30-dan 13:00-a kimi Bakı Mühəndislik Universitetinin əsas binasında keçiriləcək.

Sərginin keçirilməsində əsas məqsəd tələbə və məzunlara ölkənin aparıcı sektorlarında uğurla fəaliyyət göstərən şirkətlərlərin insan resursları üzrə müxtəxəssisləri ilə ünsiyyətinə şərait yaratmaq və ixtisaslarına uyğun praktika-iş imkanları ilə təmin etməkdir. Həmçinin şirkətlər aktiv vakansiyalar barədə iştirakçılara məlumat vermək və eyni zamanda özləri üçün potensial kadrlar seçmək imkanı əldə edəcəklər.

Sərgidə Bakı və Sumqayıt şəhərlərində fəaliyyət göstərən 60-dan çox tanınmış dövlət və özəl müəssisələrin insan resursları üzrə mütəxəssisləri iştirak edəcək.

Sərgiyə giriş sərbəstdir.