BAKI DÖVLƏT UNİVERSİTETİNƏ YENİ REKTOR TƏYİN OLUNDU – Sərəncam | Təhsil Elanları
BAKI DÖVLƏT UNİVERSİTETİNƏ YENİ REKTOR TƏYİN OLUNDU – Sərəncam
Bölmə:Xəbərlər 229 dəfə oxunub
11.03.2019

Prezident İlham Əliyev Elçin Babayevin Bakı Dövlət Universitetinin rektoru təyin edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamla Elçin Səfəralı oğlu Babayev Bakı Dövlət Universitetinin rektoru təyin edilib.

Qeyd edək ki, E.Babayev 4 aprel 1965-ci ildə Naxçıvan şəhərində anadan olub.

Fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktorudur. Bu təyinata qədər Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru idi.

E.Babayev həm də AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) elmi işlər üzrə direktor müavini vəzifəsində çalışır.