14-18 yaş arası Azərbaycan vətəndaşları üçün İnşa Yazı Müsabiqəsi | Təhsil Elanları
14-18 yaş arası Azərbaycan vətəndaşları üçün İnşa Yazı Müsabiqəsi
Bölmə:Elanlar 381 dəfə oxunub
09.03.2019

Dəyərli Gənclər, Azərbaycan Respublikasının Gənclər Fondu “Avropa Şurasının 70 illiyinə həsr olunmuş İnşa Yazı Müsabiqəsi” elan edir!
14-18 yaş arası Azərbaycan vətəndaşları “Gələcəyin Avropalısını təsəvvür edərkən” mövzusunda inşa yazaraq info@ayf.az elektron poçt ünvanına göndərə bilərlər. 
İnşa müsabiqəsinin qalibi 2019-cu ilin payızında Fransanın Strasburq şəhərində Avropa Şurasının 70 illik yubileyinə həsr ediləcək mərasimə dəvət olunaraq xüsusi diplomla təltif olunacaqdır. Qalibin səfər xərcləri (yol və yaşayış) Avropa Şurası tərəfindən qarşılanacaqdır. İkinci və üçüncü yerin qalibləri isə Azərbaycan Respublikasının Gənclər Fondu tərəfindən mükafatlandırılacaqdır.
Müraciət tarixi: 5- 24 mart 2019-cu il. 
Ətraflı məlumat üçün: https://youthfoundation.az/45334 

Mövzu: “Gələcəyin Avropalısını təsəvvür edərkən”

Müsabiqənin əsas məqsədi Avropa Şurasına üzv olan 47 ölkədə yaşayan 840 milyon insanı birləşdirən ümumi dəyərlər və  mədəniyyəti əks etdirən gənc nəslin gələcəyin Avropalısını necə təsəvvür etdiyinə dair fikirlərin bölüşməsidir.

Mövzu çərçivəsində Avropa Şurasının əsas missiyalarından olan insan hüquqları, demokratiya və hüququn aliliyi mövzularına da toxunulması mümkündür.

İnşanın həcmi: maksimum 1000 söz.

Dil: inşa Azərbaycan, ingilis və ya rus dillərində yazıla bilər.

İştirakçılar: 14-18 yaş arası Azərbaycan vətəndaşları.

Mükafat: İnşa müsabiqəsinin qalibi 2019-cu ilin payızında Fransanın Strasburq şəhərində Avropa Şurasının 70 illik yubileyinə həsr ediləcək mərasimə dəvət olunaraq xüsusi diplomla təltif olunacaqdır. Qalibin səfər xərcləri (yol və yaşayış) Avropa Şurası tərəfindən qarşılanacaqdır. İkinci və üçüncü yerin qalibləri isə Azərbaycan Respublikasının Gənclər Fondu tərəfindən mükafatlandırılacaqdır.

Qeyd: İştirakçıların inşaların özləri tərəfindən yazıldığına dair təsdiq məktubu yazaraq Gənclər Fondunun rəsmi elektron ünvanına inşa ilə birlikdə göndərmələri zəruridir.

Yazı qaydaları:

  • İlk səhifədə inşanın adı, inşanı yazan şəxsin adı, soyadı, oxuduğu müəssisənin adı və inşadakı söz sayı qeyd olunmalıdır;
  • Bütün inşalar elektron qaydada (Microsoft Word formatında) Fondun qeyd olunmuş elektron ünvanına (info@ayf.az) göndərilməlidir. Elektron məktubun mövzu hissəsində İnşanın adı qeyd olunmalıdır;
  • Təkrar yazılmasında şübhəli olan bütün inşalar müsabiqədən dərhal kənarlaşdırılacaqdır;
  • Münsiflər heyətinin qərarı yekundur və apellyasiyaya məruz qala bilməz;
  • İstinadlar olduğu halda son səhifədə qeyd olunmalıdır.