UNEC tələbələri üçün maraqlı yenilik! | Təhsil Elanları
UNEC tələbələri üçün maraqlı yenilik!
Bölmə:Elanlar 330 dəfə oxunub
02.03.2019

UNEC tələbələri üçün maraqlı yenilik!

UNEC Maliyyə və mühasibat fakültəsi və AccessBank-ın birgə təşkilatçılığı ilə dosent Xavər Hacıyevanın ideya müəllifi olduğu "ACCESS BUSİNESS TALKS" layihəsi öz fəaliyyətinə başlayır.
5 mart 2019-cu il, saat 16:00-da Heydər Əliyev Mərkəzində layihənin açılış marasimi təşkil olunacaq. 
05.03.2019-dan 15.05.2019-a qədər davam edəcək layihə çərçivəsində təşkil olunacaq bir-birindən maraqlı təlimlər və diskussiyalar hədəflərinizin müəyyənləşməsində, özünüzə olan inamınızın artmasında və peşəkar həyatınızın müsbət istiqamətdə dəyişməsində müstəsna rol oynayacaq!

Bütün UNEC tələbələrinin iştirak edə biləcəyi layihə çərçivəsində təlimlər və diskussiyalar hər həftənin çərşənbə axşamı saat 14:00-da təşkil olunacaq.

➡️Layihədə iştirak etmək istəyən tələbələr aşağıdakı linkdəki forma üzrə qeydiyyatdan keçə bilərlər:

https://docs.google.com/…/1FAIpQLSd5JxRaNUwjcQ60l…/viewform…

 Qeydiyyat üçün son tarix: 4 mart saat 16:00.